Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO

Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
SOSİAL
00:23 12.09.2026
898
Xətai rayonunda sakinlər həyətlərinin zibilliyə çevrildiyini deyirlər. Məhəmməd Hadi küçəsində metal və müxtəlif tullantıların qalaqlandığı ərazi sakinlərin narazılığına səbəb olub.

AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, görüntülər Xətai rayonu ,Məhəmməd Hadi  küçəsindəndir. Sakinlər deyirlər ki, 3 -cü kvadratın həyəti kimi tanınan bu ərazidə "xeyir-şər " evinin ətrafı sözün əsl mənasında zibilxanaya çevrilib.

Sakinlər iddia edirlər ki, qonşuları metal toplayır və topladıqlarını həyətin ortasına yığır.

Həyəti zibil anbarına çevirən şəxsin evinə üz tutduq. Qapının arxasından gələn səs  oğlunun evdə olmadığını dedi. Bildirdi ki,dəmir toplayan onun oğludur, tullantıları həyətə toplasa da özü bu mənzildə yaşamır.

Məsələ ilə bağlı 99 Saylı Mənzil istismar sahəsindən bildirildi ki, ərazi gün ərzində bir neçə dəfə təmizlənir. Lakin, proeblem hər gün təkrarlanır. Sakinlər qonşu ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edəcəklərini bildirdilər.

OXŞAR XƏBƏRLƏR