AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, görüntülər Xətai rayonu ,Məhəmməd Hadi küçəsindəndir. Sakinlər deyirlər ki, 3 -cü kvadratın həyəti kimi tanınan bu ərazidə "xeyir-şər " evinin ətrafı sözün əsl mənasında zibilxanaya çevrilib.
Sakinlər iddia edirlər ki, qonşuları metal toplayır və topladıqlarını həyətin ortasına yığır.
Həyəti zibil anbarına çevirən şəxsin evinə üz tutduq. Qapının arxasından gələn səs oğlunun evdə olmadığını dedi. Bildirdi ki,dəmir toplayan onun oğludur, tullantıları həyətə toplasa da özü bu mənzildə yaşamır.
Məsələ ilə bağlı 99 Saylı Mənzil istismar sahəsindən bildirildi ki, ərazi gün ərzində bir neçə dəfə təmizlənir. Lakin, proeblem hər gün təkrarlanır. Sakinlər qonşu ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edəcəklərini bildirdilər.











































