“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO

“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
SOSİAL
23:13 11.09.2026
44
Evinin ümumi sahəsi hesablanır, həyəti isə nəzərə alınmır…

AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, evi plana düşən paytaxtın Nizami rayon sakini Nurəddin Bağırov belə iddia edir. Dediyinə görə, Əlif Hacıyev küçəsi 12, mənzil 1 ünvanında ona məxsus olan ev plana düşsə də, "Orbita" MTK ona həyətyanı sahəsinə kompensasiya ödəmək istəmir.

Nuradəddin Bağırov MTK tərəfindən ona edilən təkliflə razılaşmadığını deyir.

İddialara aydınlıq gətirən "Orbita" MTK-nın nümayəndəsi Fazil Bağıyev bildirdi ki, Nurəddin Bağırova 121.8 kvadratmetr sahəni əhatə edən mənzil təklif edilib.

Lakin, vətəndaş "Orbita" MTK-dan 2 ayrı 3 otaqlı mənzil tələb edir.

MTK nümayəndəsinin sözlərinə görə, bundan sonra atılacaq addımları məhkəmənin verəcəyi qərar müəyyənləşdirəcək.

OXŞAR XƏBƏRLƏR