Azərbaycan Ukraynadakı vəziyyətin dialoq yolu, ölkə daxilindəki bütün siyasi güclərin konstruktiv əməkdaşlığı, eləcə də beynəlxalq tərəfdaşlarla birgə işin aparılması ilə həllinin tərəfdarıdır.
AZXEBER.COM xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Ukraynadakı hadisələrlə bağlı rəsmi Bakının mövqeyini açıqlayarkən deyib.
XİN rəsmisi deyib: “Azərbaycan həmçinin Ukraynada əmin-amanlığa, sabitliyə ciddi zərər gətirən radikalizm və ekstremizm qarşısının alınmasına çağırır. Biz Ukrayna Konstitusiyası əsasında ölkədə vəziyyətin tezliklə sabitləşdirilməsinin tərəfdarıyıq”.