Azərbaycanı hər zaman dəstəkləyən bu ölkədən çoxumuzun xəbəri yoxdur - VİDEO

Azərbaycanı hər zaman dəstəkləyən bu ölkədən çoxumuzun xəbəri yoxdur - VİDEO
SOSİAL
13:42 07.10.2021
5669
AZXEBER.COM informasiya portalı yeni layihəyə start verir. "Status" adlı layihədə cəmiyyət tərəfindən bilinməyən faktlar öz əksinə tapacaq.
 
Beləliklə, "Status"un ilk buraxılışında hər zaman Azərbaycanı dəstəkləyən bir ölkədən - Cibutidən danışacağıq. 
 


Azərbaycanı dünyada ən çox müdafiə edən, Ermənistanla diplomatik əlaqələr yaratmaqdan imtina edən 4 ölkədən biri - Şərqi Afrikada yerləşən Cibutidir.

Bu ölkə Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanla bərabər dünyada bizə görə Ermənistanla diplomatik münasibətləri qurmaqdan imtina edən ölkələrdən biridir.
 
Əhalisinin 95%-i müsəlmanlardan ibarət olan Cibuti Ermənistanın işğalçılıq siyasətini ən yüksək kürsülərdən dəfələrlə ifşa edib.
 
Hələ 1993-cü ildə BMT Təhlükəsizlik Şurasında 822 nömrəli qətnamə qəbul edilərkən Cibutinin BMT-dəki daimi nümayəndəsi Ermənistanın işğal etdiyi bütün Azərbaycan torpaqlarından çıxmasını tələb etmişdi.
 
Əhalisinin sayı 800 min nəfər olan Cibuti 30 il ərzində Azərbaycana müxtəlif beynəlxalq kürsülərdən dəstək verib. 2017-ci ildə Cibuti Respublikasının Milli Assambleyası plenar iclasında mütləq səs çoxluğu ilə Xocalı Soyqırımına dair qətnamə də qəbul edib.
 
Azərbaycanla Cibuti arasında diplomatik əlaqələr 1996-cı ilin oktyabr ayının 22-də qurulub. Cibutiyə Azərbaycan da müxtəlif dövrlərdə dəstək olub.
 
2017-ci ildə Prezident İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi (FHN) bu ölkəyə humanitar yardım göndərmişdi.
OXŞAR XƏBƏRLƏR