Məktəb direktorlarının Avropa səfəri müzakirə yaratdı: İttifaq və Agentlikdən fərqli açıqlamalar

Məktəb direktorlarının Avropa səfəri müzakirə yaratdı: İttifaq və Agentlikdən fərqli açıqlamalar
SOSİAL
15:36 08.08.2025
1439
 
Latviya və Litvada məktəb direktorları üçün təcrübə proqramı keçirilib. Səfərə 34 nəfər direktor cəlb edilib, onlardan 20 nəfərinin xərcləri Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının büdcəsindən qarşılanıb. Bu haqda ittifaqın mətbuat xidməti rəsmi məlumat yayıb.

AZXEBER.COM xəbər verir ki, Editor.az saytı mövzu ilə bağlı araşdırma yayımlayıb.

Məqalədə məktəb direktorlarının Avropa səfərinə toxunulub. Sitat: 

"İllərlə Həmkarlar İttifaqına üzvlük haqqı ödəyən müəllimlər yay istirahətinə göndəriş tapa bilmədiyi halda, bu pullar necə olur ki, direktorların Avropaya səfərinə "hədiyyə” olunur?”

Səfər üçün nəyə görə məhz Latviya və Litva seçilib? Latviya və Litva – Təhsildə niyə bu ölkələr? Latviya və Litvanın təhsil sistemləri nə beynəlxalq reytinqlərdə liderdir, nə də onların nümunələri qlobal miqyasda model kimi təqdim olunur. 2024-cü ilin PİSA nəticələrinə görə, bu ölkələr təhsil reytinqinə görə, ilk 20-likdə yer almır.

Bu səfərdə iştirak üçün kimlər seçildi və nə üçün?

Səfərə gedən direktorların adları, təmsil etdikləri məktəblər və onların hansı meyarlara görə seçildiyi ictimaiyyətə açıqlanmayıb.

Sayt bu səfərə təxmini xərclərin 45.700 AZN olduğunu yazıb.

AZXEBER.COM bu və digər suallara cavab  tapmaq üçün Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə sorğu ünvanlayıb. 

Qurumdan sorğumuza cavab olaraq deyilib: 

Sorğunuza cavab olaraq bildiririk ki, "Latviya–Litva təcrübə proqramı” Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə həyata keçirilmiş beynəlxalq əməkdaşlıq təşəbbüsüdür. Proqramın əsas məqsədi məktəb rəhbərlərinin təhsil idarəçiliyində müasir və şagird yönümlü yanaşmalarla tanışlığı, Avropa təcrübəsinin öyrənilməsi və bu təcrübənin ölkə məktəblərində tətbiq imkanlarının genişləndirilməsidir.

Səfərin maliyyələşməsi ilə bağlı suala isə belə cavab verilib: 

"Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi bu proqramda yalnız təşkilati və qismən maliyyə dəstəyi ilə iştirak etmişdir. Dəstək, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təqdim etdiyi siyahı əsasında 20 nəfər məktəb direktorunun səfərdə iştirakı ilə məhdudlaşmışdır. Təcrübə proqramı dövlət qurumunun təşkilatçılığı ilə həyata keçirildiyindən, ümumi səfər xərclərinə dair dəqiq maliyyə hesablaması bizim səlahiyyətimizə daxil deyil.

Bildiririk ki, bu kimi proqramlara ayrılan vəsaitlər Komitənin nizamnamə çərçivəsində təsdiqlənmiş sosial müdafiə və peşəkar inkişaf fəaliyyətləri üzrə maddələrinə uyğun olaraq, aidiyyəti qaydada təsdiq olunan daxili büdcə sənədləri əsasında maliyyələşdirilir Mətbuatda səsləndirilən 45.700 AZN rəqəmi Komitənin təqdim etdiyi rəsmi hesabatlarda əks olunmamışdır. Komitənin maliyyə sənədləri yalnız nəzarətedici və audit orqanlarına təqdim olunur və ictimaiyyət üçün açıqlanması qanunvericiliyə uyğun olaraq mümkün deyil.

Səfər istiqamətinin seçimi ilə bağlı isə qurum sorğuya belə cavab verib:

"Latviya və Litva postsovet məkanında təhsil sahəsində struktur islahatları, məktəb şəbəkəsinin optimallaşdırılması, kurikulum və idarəetmə sistemlərinin çevikliyi ilə tanınan ölkələrdir. Bu ölkələrdə məktəb rəhbərlərinin sərbəst idarəetmə imkanları, müəllim resurslarının idarə olunması, inklüziv təhsil və şagird yönümlü mühitin təşkili sahəsində həyata keçirilən sistemli modellər mövcuddur.

Estoniya və Finlandiya təhsil modelinə əsaslanaraq öz milli sistemlərini formalaşdıran Latviya və Litva, bu mənada məhz praktik tətbiqlərin və səmərəli məktəb idarəçiliyinin öyrənilməsi baxımından seçilmişdir. Təcrübə mübadiləsi proqramı keçiriləcək ölkələrin seçimi konkret olaraq təcrübə keçiriləcək müəssisələrin nüfuzuna və real tətbiq potensialına əsaslanmışdır.

Belə ki, səfər zamanı yüksək nəticələri ilə seçilən iki tanınmış dövlət təhsil müəssisəsinin Riqa Dövlət Klassik Gimnaziyasının və Vilnüs Jverino Dövlət Gimnaziyasının praktikası ilə tanış olunub. Riqa Dövlət Klassik Gimnaziyası Baltikyanı ölkələrin ən böyük və nüfuzlu gimnaziyasıdır və bu məktəbdə keçirilən ustad dərslər səfərin əsas tədris platforması olub.

Təcrübə mübadiləsi çərçivəsində PISA Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramının 2022 nəticələrinə görə Latviya və Litva ölkə üzrə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının orta göstəricisindən yüksək nəticə əldə etmişlər. Bu da onu göstərir ki, bu ölkələrin təhsil sistemi qlobal reytinqlərdən daha çox real nəticə və tətbiq edilən yanaşmalar baxımından dəyərlidir.

Bundan əlavə, Estoniya, Finlandiya və digər ölkələrin nümayəndə heyətləri də Latviya və Litva məktəblərində mütəmadi olaraq təcrübə proqramlarında iştirak edirlər. Hətta 2024-cü ildə Estoniyadan bir qrup məktəbəqədər təhsil müəssisəsinin rəhbərləri Azərbaycana səfər etmiş və burada yerli təcrübə ilə tanış olmuşlar.

Qürurverici haldır ki, Riqa Dövlət Klassik Gimnaziyasının direktoru, pedaqogika üzrə elmlər doktoru Roman Əliyev- azərbaycanlı alim və pedaqoq, bu səfərə və təcrübə proqramına xüsusi elmi və mənəvi çalar qatmışdır.

İştirakçılar həmçinin Roman Əliyevin və onun komandasının ustad dərslərində, Vilnüs Jverino Dövlət Gimnaziyasının direktoru Janeta Vaşkeviçienenin təqdimatında, Yurmala Muzeyində muzey-məktəb əməkdaşlığına dair açıq dərsdə iştirak ediblər.

Səfər "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda əks olunmuş "ömürboyu öyrənmək” prinsipini əsas götürüb, idarəetmədə liderlik və tədris keyfiyyətində davamlı inkişaf kontekstində həyata keçirilib.

Təcrübə proqramı çərçivəsində interaktiv müzakirələr, mədəniyyət ocaqlarına ekskursiyalar, sosial və elmi təqdimatlar təşkil olunub.

Səfərin sonunda Riqa Dövlət Klassik Gimnaziyası tərəfindən iştirakçılara rəsmi sertifikatlar təqdim edilmişdir.

Seçim meyarları ilə bağlı isə qurumdan bildirilib: 

"Səfərdə iştirak etmiş 20 nəfər direktor yalnız Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təqdim etdiyi rəsmi siyahı əsasında proqrama daxil edilib. Seçim prosesi Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən aidiyyəti qurumun səlahiyyətində olub və meyarlar həmin qurum tərəfindən müəyyən edilib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi bu prosesdə iştirak etməmiş və seçim mexanizmlərinə müdaxilə etməmişdir.

Şəxsi məlumatların qorunması haqqında qanunvericiliyə uyğun olaraq, iştirakçıların ad və təmsil etdikləri təhsil müəssisələrinin ictimaiyyətə açıqlanması yalnız səlahiyyətli orqanın qərarı ilə həyata keçirilə bilər. İttifaq olaraq bu siyahının yayılmasına hüquqi əsasımız yoxdur.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi olaraq bildiririk ki, peşəkar təkmilləşmə, beynəlxalq təcrübə və idarəetmədə innovasiyaların dəstəklənməsi gələcəkdə də bizim fəaliyyət prioritetlərimiz sırasında yer alacaq.

Eyni zamanda Komitə, təhsil işçilərinin motivasiya mühitinin yaradılması, asudə vaxtlarının səmərəli təşkili və liderlik bacarıqlarının artırılması istiqamətində də fəaliyyətini davam etdirir. Əlavə suallar və qanunvericiliyə uyğun dəqiqləşdirmələr üçün əməkdaşlığa hər zaman açıq olduğumuzu bildiririk.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən isə AZXEBER.COM-a tamamilə fərqli formada cavab verilib: 

"Bildiririk ki, Agentlik tərəfindən direktorların təcrübə proqramı çərçivəsində heç bir səfəri təşkil edilməyib. Təhsil müəssisələrinin rəhbərləri hazırda əmək məzuniyyətindədirlər”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” - Onlar da əhaliyə xəbərdarlıq etdi
07:12 29.10.2026
“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” - Onlar da əhaliyə xəbərdarlıq etdi
Maduronun işinə baxan hakim vəfat edib
07:00 29.10.2026
Maduronun işinə baxan hakim vəfat edib
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
06:48 29.10.2026
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
“Bloomberg”: Süni intellekt sənayesinin kreditləşdirilməsi imkanları tükənmək üzrədir
06:36 29.10.2026
“Bloomberg”: Süni intellekt sənayesinin kreditləşdirilməsi imkanları tükənmək üzrədir
Ukraynanın Donetskdə silahsızlaşdırılmış zonaya dair müzakirəyə hazır olduğu bildirilib
06:23 29.10.2026
Ukraynanın Donetskdə silahsızlaşdırılmış zonaya dair müzakirəyə hazır olduğu bildirilib
Hindistanda “Arnab” qasırğası ilə əlaqədar 180 mindən çox insan təxliyə edilib
06:10 29.10.2026
Hindistanda “Arnab” qasırğası ilə əlaqədar 180 mindən çox insan təxliyə edilib
Fransada etirazçılar dəyən ziyana görə 10 min avroya qədər ödəniş etməyə məcbur edilə bilər
05:58 29.10.2026
Fransada etirazçılar dəyən ziyana görə 10 min avroya qədər ödəniş etməyə məcbur edilə bilər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
05:46 29.10.2026
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
Zaxarova: Ermənistanın Avrasiya İqtisadi İttifaqının hesabatına reaksiyası tələsik və aqressivdir
05:33 29.10.2026
Zaxarova: Ermənistanın Avrasiya İqtisadi İttifaqının hesabatına reaksiyası tələsik və aqressivdir
"Times": Britaniyanın üç "Vanguard" atom sualtı qayığı dənizə buraxılıb
05:20 29.10.2026
"Times": Britaniyanın üç "Vanguard" atom sualtı qayığı dənizə buraxılıb
İngiltərə Liqa Kuboku: "Liverpul" 1/8 finalda "Çelsi"ni məğlub edib
05:08 29.10.2026
İngiltərə Liqa Kuboku: "Liverpul" 1/8 finalda "Çelsi"ni məğlub edib
Moskvanın Jukovski hava limanında uçuşlara qoyulan məhdudiyyətlər aradan qaldırılıb
04:56 29.10.2026
Moskvanın Jukovski hava limanında uçuşlara qoyulan məhdudiyyətlər aradan qaldırılıb
Tramp İrana yardım təklif etdiklərini açıqlayıb
04:46 29.10.2026
Tramp İrana yardım təklif etdiklərini açıqlayıb
Yaponiyada güclü zəlzələ baş verib
04:36 29.10.2026
Yaponiyada güclü zəlzələ baş verib
Ronaldo "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu
04:23 29.10.2026
Ronaldo "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu
Uşakov Əbu-Dabidə Ukrayna üzrə üçtərəfli danışıqların keçiriləcəyi tarixi açıqlayıb
04:12 29.10.2026
Uşakov Əbu-Dabidə Ukrayna üzrə üçtərəfli danışıqların keçiriləcəyi tarixi açıqlayıb