Kristof Baumann-Kesten Beynəlxalq Valyuta Fondunda (IMF) İsveçrə ölkələr qrupunun (konstituensiyasının) icraçı direktoru vəzifəsinin icrasına rəsmən başlayıb.
AZXEBER.COM xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesablarında məlumat yayıb.
"Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Lixtenşteyn, Polşa, Serbiya, İsveçrə, Tacikistan, Türkmənistan və Özbəkistandan olan idarəçilərinin etimadını və dəstəyini almaq mənim üçün böyük şərəf və dərin minnətdarlıq üçün səmimi bir səbəbdir", – K.Baumann-Kesten təyinatını şərh edərkən bildirib.
Onun sözlərinə görə, bu qədər geniş və müxtəlif dövlətlər qrupunun maraqlarını IMF-nin İcraiyyə Şurasında təmsil etmək həm böyük imtiyaz, həm də ciddi məsuliyyətdir.
Yeni təyin olunmuş icraçı direktor vəzifəsinin icrasına böyük həvəslə başladığını qeyd edib.
IMF-də İsveçrə konstituensiyasına regionun inkişaf etməkdə olan bazar iqtisadiyyatına malik və iqtisadi cəhətdən inkişaf etmiş ölkələri daxildir. Qrup beynəlxalq maliyyə institutlarında üzv dövlətlərin mövqelərinin uzlaşdırılmasını və maraqlarının müdafiəsini təmin edir.











































