Azərbaycanı sarsıdan ölüm hadisələri - Onların ölümü ölkə gündəmini dəyişdi

SOSİAL
12:50 01.12.2022
2175
Noyabr ayının 26-da Bakıda, Şağan Olimpiya Kompleksində baş verən qətl hadisəsi cəmiyyətdə geniş səs-küyə səbəb oldu. 2002-ci il təvəllüdlü, Sumqayıt şəhər sakini Ruslan Səfixanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı 2006-cı il təvəllüdlü Turan Rüstəmova bıçaqla xəsarətlər yetirərək onu öldürdü. Ruslan Səfixanovun Turan Rüstəmovu qətlə yetirməsi görüntüləri isə cəmiyyətdə ciddi etirazlara və qəzəbə səbəb olub. Hadisən sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrildi.

Təkcə bu il ərzində bir çox şəxsin ölümü, cəmiyyət arasında müzakirələrlə yadda qalıb. Onların bir çoxu gənc olması və faciəvi ölümü ilə seçilib. 

AZXEBER.COM sözügedən şəxslərlə bağlı xatırlatma edir.

Bu ilin yanvar ayında Bakı şəhər Qala qəsəbəsi Xaşaxuna bağlar massivində 4 yaşlı qızın öldürülməsi xəbəri cəmiyyətdə qəzəbə səbəb oldu. Məlum oldu ki, azyaşlı qız qonşusu tərəfindən öldürülüb. 2018-ci il təvəllüdlü Məryəm Hüseynlini vurub öldürən 1990-cı il təvəllüdlü Mehman Mansurov ilkin ifadəsində hadisəni yanvarın 22-dən 23-nə keçən gecə törətdiyini bildirdi.

Belə ki, azyaşlının atası uşağı qonşuda yaşayan ailəyə verib getdikdən sonra həmin gün geri qayıtmayıb. Sürücü işləyən M.Mansurov həmin gecə qeyri-rəsmi nikah münasibətində ər-arvad kimi yaşadığı qadınla birgə gecə saatlarında uşağın ağladığını görüb. Yuxusu pozulan M.Mansurov azyaşlı qızı sakitləşdirə bilmədiyini görərək ona zərbələr endirib. Bu zaman Məryəmin öldüyünü görən şəxs onun meyitini götürərək həyətə çıxıb və dərinliyi 10 metrə yaxın olan quyuya atıb.

4 yaşlı qızın faciəvi şəkildə öldürülməsi cəmiyyətdə xeyli müzakirələrə səbəb oldu.

22 fevral 2022-ci ildə LGBT üzvü olan gənc jurnalist Əvaz Hafizlinin öz əmisi oğlu tərəfindən bıçaqla qətlə yetirilməsi xəbəri də ölkə gündəmində ən çox müzakirə olunan hadisələrdən idi. Qətl hadisəsi Sabunçu rayonunun Balaxanı qəsəbəsində qeydə alındı. Əvəz Hafizli əmisi oğlu Əmrulla Güləliyev tərəfindən bıçaqla qətlə yetirildi. Bildirildi ki, Ə. Güləliyev cinayəti törədərkən sərxoş vəziyyətdə olub və o, ifadəsində cinayəti aralarında yaranmış şəxsi mübahisə zəminində törətdiyini etiraf edib.

Bu ilin iyun ayının 30-da Bakının Sabunçu rayonunda baş verən intihar hadisəsi xeyli müzakirələrlə yadda qaldı. Belə ki, Ramana qəsəbəsi Şuşa şəhərciyində yaşayan 17 yaşlı Mürsəlov İsa Elşən oğlu özünü asaraq öldürməsi ilə bağlı sonradan bir sıra təfərrüatlar ortaya çıxdı. Məlum oldu ki, E.Mürsəlov özünü asmamışdan qabaq boynuna keçirdiyi iplə şəkil çəkdirib. Daha sonar həmin şəkili sevdiyi qıza göndərib. Azyaşlı oğlanın bu cür hadisə törətməsi ölkə gündəmində xeyli səs-küyə səbəb oldu.
 
2022-ci il iyul ayının 18-də Bakıda qadınn iki uşağı ilə birlikdə intihar etməsi ölkədə xeyli müzakirələrə səbəb oldu. Yeni Yasamal yaşayış kompleksində ana iki azyaşlı övladı ilə birlikdə özünü beşinci mərtəbədən aşağı atdı. Hadisə nəticəsində ana, eləcə də övladlarından biri sağ qalsa da, digər uşaq hadisə yerində keçindi. Sonradan məlum oldu ki, iki övladı ilə intihara cəhd edən Abbasova Aytən qayınanasının ad gününü təbrik etmədiyi üçün aralarında mübahisə yaranıb. 

Hadisə də bundan sonra baş verib. Qayınana gəlini Aytən Abbasova ilə mütəmadi olaraq mübahisə edirmiş. Hadisədən əvvəlki gün axşamüstü gəlinlə qayınana arasında yenidən mübahisə başlayıb. Səs-küyə gələn binanın mühafizə xidmətinin əməkdaşları mənzilin qapısını dəfələrlə döysələr də, açan olmayıb.

Bakıda noyabr ayının 8-də baş verən hadisə də sözügedən hallar sırasına daxil oldu. Bakının Ramana qəsəbəsində azyaşlı iki qardaşın siçan dərmanı yeyərək zəhərlənib ölmələri müzakirələrə səbəb olan hadisə oldu. Uşaqların babası bildirdi ki, uşaqlar mətbəxdə oynayarkən siyirmədə siçan zəhərini marmelad bilib yeyiblər. Bundan sonra uşaqlara yuxu gəlib və analarına yatmaq istədiklərini deyiblər. Ana da onları yataq otağına apararaq yerlərinə uzandırıb. Təxminən 15 dəqiqə sonra yataq otağına qayıtdıqda uşaqlardan birinin ağzından köpük, o birinin ağzından qan gəldiyini görüb. İkisinin də bədəni artıq soyuyubmuş, çölə çıxıb haray salıb, uşaqları xəstəxanaya çatdırsalar da, artıq vəfat etdikləri məlum olub.

Noyabrın 29-da saat 20 radələrində paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində rayon sakinləri - 1939-cu il təvəllüdlü Elbrus Muradovun bıçaq xəsarətlərindən ölməsi, həyat yoldaşı, 1945-ci il təvəllüdlü Şahirə Muradovanın, oğlu 1971-ci il təvəllüdlü Rahil Muradovun və nəvəsi 1997-ci il təvəllüdlü Elbrus Ağalarovun xəsarət alması ilə nəticələnən hadisə də son günlərin müzakirə olunan hadisələrindən biridir. 

Yaralı ailə üzvləri bildirib ki, Buzovna qəsəbəsi, Naxçıvani küçəsi döngə 5 ev 4b ünvanındakı mənzilə naməlum şəxs və ya şəxslər quldurluq yolu ilə daxil olub. Onlar talama məqsədilə evə daxil olarkən ailə üzvlərini bıçaqlayıb, ev sahibini öldürüb.

Aydın Nuri

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir