Azərbaycanı şoka salan uşaq oğurluğu necə həyata keçirilib? - TƏFƏRRÜAT

Azərbaycanı şoka salan uşaq oğurluğu necə həyata keçirilib? - TƏFƏRRÜAT
Bütün Xəbərlər
16:49 15.08.2014
4856
“Ayseli soruşan qadın “Pampers”ə qədər hər şey almışdı”.
Ötən gün Sumqayıtda parkdan iki aylıq övladı oğurlanan ana Aysel Əhmədova polisə ilkin ifadəsini verib. Sumqayıt şəhər Polis İdarəsinin cinayət axtarış şöbəsinə çağırılan 3 uşaq anası, uşağını oğurlayan qadını ifadəsində qismən tanıdığını deyib. Onun sözlərinə görə, məhəllələrinə gələn qadın onu televiziya verilişlərinin birində gördüyünü deyib və bildirib ki, maddi cəhətdən imkansız olduğuna görə ona köməklik etmək istəyir. Aysel Əhmədova qadınla bərabər yaxınlıqda yerləşən ərzaq dükanına gediblər.
AZXEBER.COM xəbər verir ki, APA TV həmin mağazanın daxilində müşahidə kamerasından çəkilmiş görüntüləri eksklüziv olaraq əldə edib.
Dükanda bazarlıq etdikdən sonra Aysel Əhmədova və naməlum qadın alınan ərzaq məhsullarını evə qoymaq məqsədilə Sumqayıt şəhəri, 29-cu kvartal, ev 11/16, mənzil 30 ünvanına gəliblər.
Aysel Əhmədovanın qonşusu APA TV-yə açıqlamasında uşağı oğurladığı bildirilən qadını ilk dəfə gördüyünü deyib:
“Ayseli soruşan qadın “Pampers”ə qədər hər şey almışdı. Qalxdılar yuxarı, evdə bir xeyli oturdular. Təxminən 4-5 saat. Sonra üç uşaqla bir yerdə evdən çıxdılar. Üzü parka, dənizə tərəf getdilər”.
Daha sonra Aysel Əhmədova 4-cü mərtəbədə yaşayan qonşusu ilə əlaqə saxlayır. Ona deyir ki, tez 102 xidmətinə zəng vurub desin ki, yanında olan qadın iki aylıq uşağını və əl çantasını götürərək naməlum istiqamətə gedib.
Qonşu uşağı oğurladığı iddia edilən qadının bu məhəlləyə ilk dəfə gəldiyini deyir:
“Həmin qadını əvvəl görməmişəm. Özünü alicənab aparan, sözünü bilən insan idi. Bura elə yerdir ki, biz bu məhəlləyə gələn hər kəsi tanıyırıq. Bu qadın əvvəllər bura heç vaxt gəlməyib”.
Sumqayıt polisindən bildirdilər ki, polis mümkün olan bütün versiyaları araşdırır. Qadının keçmiş həyat yoldaşı da ifadə vermək üçün idarəyə dəvət olunub. Araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
01:57 25.06.2025
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
00:22 25.06.2025
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
Putinlə Lukaşenkonun telefon danışığı oldu
23:56 24.06.2025
Putinlə Lukaşenkonun telefon danışığı oldu
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
23:51 24.06.2025
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
23:46 24.06.2025
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
23:18 24.06.2025
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
23:07 24.06.2025
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
22:56 24.06.2025
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
22:45 24.06.2025
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
22:20 24.06.2025
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
İran hava məkanını beynəlxalq reyslərə açıb
22:16 24.06.2025
İran hava məkanını beynəlxalq reyslərə açıb
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
21:51 24.06.2025
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
21:40 24.06.2025
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
21:32 24.06.2025
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
21:25 24.06.2025
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
Trampla Zelenskinin görüş tarixi məlum oldu
21:11 24.06.2025
Trampla Zelenskinin görüş tarixi məlum oldu