Bir neçə ay öncə istifadəyə verilmiş, 7 dildə fəaliyyət göstərən www.azerbaijans.com virtual ensiklopediyası yenilənməkdə davam edir. Son aylar ərzində saytın“Kino” bölməsinin “Filmlər” linkində tammetrajlı , qısametrajlı və sənədli Azərbaycan filmləri yerləşdirilmiş, “Azerbaijans.com” radiosu fəaliyyətə başlayıb. Bununla yanaşı Azərbaycan incəsənəti, musiqisi, tarixi, iqtisadiyyatı, səhiyyə sektoru ilə bağlı yeni linklər əlavə olunub. Virtual ensiklopediyanın daha çox diqqət cəlb edən və yenilənən sahələrindən biri də “Son 10 il” bölməsidir. Bu bölmədə Azərbaycanın son illər ərzindəki uğurlarından bəhs olunur. 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri günü ərəfəsində saytın “Son 10 il” bölməsinə “Ordu quruculuğu” linki əlavə edilmişdir. Linkdə son dövrlərdə regionun ən güclü və döyüş hazırlıqlı silahlı qüvvələrinə malik olan Azərbaycan ordusunun modernləşməsindən, hərbi sənayenin, hərbi hava qüvvələri və hərbi donanmanın inkişafından, Azərbaycan silahlı qüvvələrinin beynəlxalq sülhməramlı əməliyyatlara dəstəyindən bəhs edilir. Qeyd edək ki, www.azerbaijans.com saytı 7 dildə - Azərbaycan, türk, rus, ingilis, fransız, alman və ispan dillərində fəaliyyət göstərir. Saytda 68 bölmə, 1400 link var. Bölmələrdə Azərbaycanın tarixi, bu günü, siyasəti, iqtisadiyyatı, turizmi, incəsənəti, coğrafiyasına aid məlumatlar, foto-qalereya, video çarxlar, müxtəlif maraqlı məlumatlar yerləşdirilmişdir. Saytdakı ordu quruculuğu ilə bağlı yenilənməyə bu link vasitəsilə daxil ola bilərsiniz: https://azerbaijans.com/content_1690_az.html