Yeni bacarıqlar əldə etmək, şəxsi inkişafa nail olmaq, beynəlxalq imkanları öyrənmək istəyən hər bir tələbə üçün “Komanda işi” təlimini təqdim edirik! Təlimin əhatə dairəsində olan əsas mövzular: - Rəhbər və lider - Effektiv kommunikasiya - “Forming – Storming – Norming – Performing” qrup inkişafı modeli - Formal və qeyri-formal qruplar - Heyətin insan münasibətləri - Konfliktlərin idarə olunması Təlim zamanı iştirakçılar təlim materialları və məlumat vərəqələri ilə təmin olunacaqdır. Təlim ərzində FIFA U-17 Qadınlararası Dünya Çempionatı Azərbaycan 2012-də beynəlxalq könüllü komandasına qatılmaq üçün ərizə formasının hazırlanması və xaricdə beynəlxalq təlimlərdə iştirak imkanları barədə ətraflı məlumat veriləcəkdir. Tarix: 15 Aprel, 11.00 – 15.00 Təlimin keçirilmə yeri: Dalğa Arena, Mərdəkan İştirak etmək istəyənlər ad, soyad və əlaqə telefonlarını [email protected]/* */ e-mail ünvanına göndərməsi gərəkir. QEYDİYYAT ÜÇÜN SON TARİX: 14 Aprel QEYD: İştirakçılar Dalğa Arenaya xüsusi təyin edilmiş avtobuslarla aparılacaqdır. Təlim ərzində iştirakçılar cofe break və fast food təmin ediləcəkdir. TƏLİMDƏ İŞTİRAK ÖDƏNİŞSİZDİR və YERLƏR MƏHDUDDUR!