10 Sentyabr tarixində “Park Bulvar” AVM-də “Mənim Prezidentim” kampaniyası çərçivəsində “Azərbaycanımın inkişafı–10 il” fotomüsabiqəsinin sərgisi keçirilib.
AZXEBER.COM-unməlumatına görə, tədbirdə çıxış edən “İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev və ASAIF-in sədri Ramin Hakimovbildiriblər ki, fotomüsabiqənin əsas məqsədi Azərbaycanın müxtəlif bölgələrindən olan peşəkar və həvəskar fotoqrafların son 10 ildə Azərbaycan və onun inkişafı, ölkədə gedən proseslər, sürətli dəyişikliklərlə bağlı müxtəlif mövzuları əhatə edən fotoların toplanılması və ictimaiyyətə təqdim edilməsidir. Həmçinin qeyd olunub ki, indiki kimi müsabiqəyə yüzlərlə iş təqdim olunub və onlardan ən yaxşı 150 foto sərgidə nümayiş etdirilir. Sərgi “Park Bulvar” AVM-də bir ay müddətində davam edəcək.
Sərginin açılışına qatılan Park Bulvar AVM-nin PR meneceri Günay Malikqızı, Azərbaycanda ilk internet radionun yaradıcısıZaur Darabzadə, Azərbaycan Fotoqraflar Birliyinin sədriMirnaib Həsənoğluvə Hajizade Group şirkətininrəhbəriƏli Hacızadəçıxış edərək sərgi barədə fikirlərini bölüşüblər.
Tədbirdə, həmçinin “Mənim Prezidentim” Gənclərin Təşəbbüs Qrupunun üzvləri fleşmob nümayiş etdiriblər. Eyni zamanda Təşəbbüs Qrupu üzvləri tərəfindən ziyarətçilərə “Mənim Prezidentim” kampaniyasının hədiyyələri paylanılıb.
Qeyd edək ki, 9-17 Sentyabr tarixlərində “Park Bulvar” AVM-də “Mənim Prezidentim” həftəsi keçirilir və həftə çərçivəsində “Mənim Prezidentim” Gənclərin Təşəbbüs Qrupu tərəfindən müxtəlif aksiyalar, məşhur insanlarla görüşlər keçiriləcək, fotosərgi və müsabiqələr təşkil edilir.
Xatırladaq ki, “Azərbaycanımın inkişafı–10 il” layihəsinə təqdim olunan fotolarAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi facebook səhifəsində təqdim olunur.“10 il” kampaniyası çərçivəsində reallaşdırılan “Azərbaycanımın inkişafı–10 il” layihəsi “İRƏLİ” İctimai Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) və Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclər Forumunun (ASAIF) ortaq təşəbbüsü əsasında həyata keçirilir.
Qeyd edək ki, Təşəbbüs Qrupunun fəaliyyəti ilə bağlı daimi yeni məlumatlar əldə etmək və Təşəbbüs Qrupuna qoşulmaq üçün https://fb.com/mypresident.az səhifəsinə vəhttps://www.mp2013.az veb-saytına daxil olmaq kifayətdir.
Sərgidə ən çox fotoyla yəni 13 fotoyla təmsil olunan tanınmış gənc fotoqraf Könül Süleymanova olub. Bundan başqa sərgidə Vuqar İbadov, Huseyn Məmmədov, Mirnaib Həsənoğlu kimi fotoqraflında işləri sərgilənib.


















