Azərbaycanın 10 yaşlı dünya üçüncüsü - FOTOLAR

GƏNCLİK
17:05 10.06.2013
3121

Qaradağ, Azərbaycan, Avropa və dünya çempionu AZXEBER.COM-un qonağı oldu. Hələ 9 yaşı var və 233 nömrəli məktəbin 3-cü sinifin şagirdidir. O, hələ uşaq yaşlarında həmyaşıdlarının əldə edə bilməyəcəyi çox böyük uğurları əldə edib. Onun adı Nazim Bayramlıdır. 2 il ərzində idmanla məşğul olaraq yaşıl kəmər, 1 diplom ilə təltif olunub. Respulikada keçirilən Azərbaycan Kontakt Karate Federasiyasının Sumqayıt şəhər və Şimal Bölgəsinin təşkil etdiyi 20 Yanvar və Azərbaycan Respublikası torpaqlarının bütövlüyü uğrunda şəhid olanların xatirəsinə həsr edilmiş yarışda Şəxsi Komitə üzrə oğlanlar arasında 8-yaş qrupunda bacarıq göstərərək 3-cü yerə layiq görülüb. Məşqçi Sədi Namazovun məşqçiliyi ilə qazandığı uğurlara görə hər iki qardaş müəllimlərinə dərin təşəkkürlərini bildirirlər. Hər iki qardaş azyaşlı olmalarına baxmayaraq idmanda böyük uğurlar əldə ediblər. Böyük qardaş olan İsmayıl Bayramzadə hələ 11 yaşındadır və 6-cı sinif şagirdidir. Buna rəğmən o, 12 Diplom və 4 medal sahibidir. O, ilk uğurunu 01.03.2011-ci ildə Azərbaycan Respublikasının Karate-DO Federasiyaları Assosiasiyasının təşkil etdiyi imtahanda bacarıq göstərərək 7-ci Kyu-Sarı kəmərə layiq görülüb. Hər iki qardaş onlara dəstək olan Gənclər və İdman nazirliyinə və millət vəkili Elxan Süleymanova dərin təşəkkürlərini bildiriblər. Bununla yanaşı Nazim Bayramlı məktəb direktoru Şirəli Əhədov və sinif rəhbəri Məlahət Qurbanovaya da minnətdarlığını bildirib. İsmayıl Bayramzadə böyüyəndə neftçi olmaq istədiyini deyir. O bunu atasının neftçi olması ilə əlaqələndirir. O deyir ki, “Mən idmanla ilk məşğul olan vaxtlarda hələ 7 yaşım var idi. İdmana əmim apardı, amma bu cür uğur qazanacağımı gözləmirdim”. İtaliyada keçirilən dünya çempianatında və Macarıstanda keçirilən Avropa yarışlarda 3-cü yerə layiq görülən İsmayıl Bayramzadə hər kəsə bu cür uğurlar arzulayıb. O, əlavə bacarıq olaraq saz çala bildiyini də vurğulayıb və boş vaxtlarında bununla məşğul olduğunu deyib. O, millət vəkili Elxan Süleymanovun onlara Qarabağ adlı kitab hədiyyə etdiyini bildirib: “ Düzdür, hələ o kitabı oxumamışam, amma gələcəkdə oxuyacam və Qarabağın geri qayıtması üçün əlimdən gələni edəcəm. İstəyirəm ki, Qarabağdan didərgin düşən uşaqlar, evlərinə geri qayıtsınlar.” Balaca qardaş Nazim Bayramlı isə gələcəkdə hakim olmacağını, amma yenə də idmandan uzaqlaşmayacağını dedi. O hər bir uşağa istənilən peşədə 1-ci yeri qazanmağı arzuladı. İki gündən sonra Sumqayıtda keçiriləcək Kata yarışlarında iştirak edəcək İsmayıl Bayramzadə yarışda birinci yer əldə edəcəyinə əmindir. Qardaşından fərqli olaraq Nazim Bayramlı əldə etdiyi uğurlara təəccüblənmir. O idmana başlayarkən uğur əldə edəcəyinə əmin olduğunu deyib.

OXŞAR XƏBƏRLƏR