Azərbaycanın 19 yaşadək qızlardan ibarət yığması “Baltic Cup” turnirinin qalibi olub

İDMAN
10:00 24.08.2015
1354

19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Latviyanın paytaxtı Riqa şəhərində təşkil olunmuş “Baltic Cup” turnirinin qalibi olub.

AZXEBER.COM-un apasport.az-a istinadən məlumatına görə, turnirin son oyununda Estoniyanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşan komandamız böyükhesablı qələbə qazanıb – 5:0.

Nigar Cəlillinin dubl etdiyi oyunda hərəyə 1 dəfə Kristina Bakarandze, Yaiza Relea və Natalia Rodelgo fərqlənib.

Xatırladaq ki, yığmamız turnirdəki ilk oyununda litvalı həmyaşıdlarını 1:0, növbəti qarşılaşmada isə Latviya komandasını 4:0 hesabı ilə məğlub etmişdi.

OXŞAR XƏBƏRLƏR