Azərbaycanın 2 Milli Qəhrəmanının ad günüdür

Azərbaycanın 2 Milli Qəhrəmanının ad günüdür
Bütün Xəbərlər
10:21 24.02.2012
1427
Bu gün 2 Azərbaycanın Milli Qəhrəmanın ad günüdür. Qarabağ Azadlıq Təşkilatının mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, 24 fevral Azərbaycanın Milli Qəhrəmanları Əfqan Hüseynov və İnqilab İsmayılovun doğum günüdür.Əfqan Qaraxan oğlu Hüseynov 1963-cü il fevralın 24-də Bakı şəhərində anadan olub. O, Milli Qvardiyanın tərkibində alay komandiri kimi bir sıra döyüşlərə başçılıq edib. 1992-ci il noyabrın 1-də Qubadlı rayonunun Səfiyan və Quşçular kəndlərinin müdafiəsi zamanı qəhrəmanlıqla həlak olub. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.İnqilab Ələkbər oğlu İsmayılov 1962-ci il fevralın 24-də Xocalıda anadan olub. Xocalı və ətraf ərazilərdə düşmənə qarşı rəşadətlə vuruşub. O, 1992-ci il yanvarın 12-də Daşbaşı yüksəkliyinin müdafiəsində iştirak edib, düşmənə ağır zərbələr vurub və qəhrəmanlıqla həlak olub. Cəsədini döyüş meydanından çıxarmaq mümkün olmayıb.
OXŞAR XƏBƏRLƏR