Azərbaycanın 23 vətəndaşı Suriyadan repatriasiya olundu

Azərbaycanın 23 vətəndaşı Suriyadan repatriasiya olundu
SİYASƏT
21:37 12.06.2026
947
Azərbaycan Respublikasının hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində cari ilin 7, 9 və 11 iyun tarixlərində Suriya Ərəb Respublikasından 23 nəfər (7 qadın və 16 uşaq) Azərbaycan Respublikası vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Repatriasiya prosesinin ilkin mərhələsində repatriantların yeri, şəxsiyyəti və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilib. Azərbaycan Respublikasının Suriya Ərəb Respublikasındakı və Türkiyə Respublikasındakı Səfirlikləri, o cümlədən İstanbul şəhərindəki Baş Konsulluğu tərəfindən müvafiq əlaqələndirmə işi aparılmaqla vətəndaşlarımız "Azərbaycan Respublikasına qayıdış şəhadətnamələri” və təyyarə biletləri ilə təmin edilib.

Xarici ölkələrdə böhran vəziyyəti ilə üzləşmiş Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyasına məsul dövlət qurumlarından ibarət İşçi Qrupunun üzvləri Suriyaya ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsi həyata keçirilib.

Repatriantların ölkəmizdə sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına çevrilmiş Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyası üçün zəruri tədbirlərin görülməsi davam etdiriləcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
15:29 30.10.2026
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI
15:11 30.10.2026
Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI
Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri nə deməkdir?
15:10 30.10.2026
Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri nə deməkdir?
Şəhid anası vəfat etdi
14:49 30.10.2026
Şəhid anası vəfat etdi
Həftəsonu bürcləri nələr gözləyir? - 3 bürcə xoş xəbər var
14:43 30.10.2026
Həftəsonu bürcləri nələr gözləyir? - 3 bürcə xoş xəbər var
Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açıldı
14:40 30.10.2026
Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açıldı
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:22 30.10.2026
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
Arıqlama iynələri və saxta dərmanlar: Sağlamlığınızı riskə atmayın!
14:16 30.10.2026
Arıqlama iynələri və saxta dərmanlar: Sağlamlığınızı riskə atmayın!
“Şuşa nümunəsi göstərir ki, Ankara da zaman-zaman…” - Deputat
13:55 30.10.2026
“Şuşa nümunəsi göstərir ki, Ankara da zaman-zaman…” - Deputat
“Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək” - Deputat
13:54 30.10.2026
“Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək” - Deputat
“Hərə öz işi ilə məşğul olsun” – Bakı sakinlərindən xarici qüvvələrə cavab – VİDEOSORĞU
13:53 30.10.2026
“Hərə öz işi ilə məşğul olsun” – Bakı sakinlərindən xarici qüvvələrə cavab – VİDEOSORĞU
Bələdiyyədən torpaq alanlar çıxarış ala biləcək? – AÇIQLAMA
13:38 30.10.2026
Bələdiyyədən torpaq alanlar çıxarış ala biləcək? – AÇIQLAMA
Noyabrda hava kəskin dəyişəcək - Xəbərdarlıq edildi
13:23 30.10.2026
Noyabrda hava kəskin dəyişəcək - Xəbərdarlıq edildi
​“Niyə Ağdamda mənə ev düşmür?” dedi - Sahibə Qafarova etiraz etdi
13:18 30.10.2026
​“Niyə Ağdamda mənə ev düşmür?” dedi - Sahibə Qafarova etiraz etdi
Bu ölkələrdə Ombudsman vəzifəsini qadınlar icra edir – SİYAHI
13:02 30.10.2026
Bu ölkələrdə Ombudsman vəzifəsini qadınlar icra edir – SİYAHI
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
12:53 30.10.2026
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?