Azərbaycanın baş nazirinin “Eurovision-2012” haqda məktubu ünvanına çatdı

Azərbaycanın baş nazirinin “Eurovision-2012” haqda məktubu ünvanına çatdı
ŞOU-BİZNES
10:42 10.10.2011
1722
“Azərbaycan “Eurovision” mahnı müsabiqəsinin təşkilinin böyük bir məsuliyyət olduğunu dərk edir və bunun üçün bütün zəruri addımları atmağa hazırdır”
Oktyabrın 7-si və 8-də Azərbaycanın ev sahibliyi edəcəyi “Eurovision-2012” mahnı müsabiqəsi ilə bağlı Cenevrədə Məşvərət qrupunun növbəti görüş keçirilib. 
Müsabiqənin rəsmi internet saytı xəbər verir ki, görüş zamanı Avropa Yayımlar Birliyinin (EBU) rəhbərliyinə Azərbaycanın Baş Naziri Artur Rəsizadə tərəfindən rəsmi məktub təqdim edilib. Sözügedən məktubda 
Azərbaycana gələcək bütün qonaqların təhlükəsizliyinin qorunması qeyd olunub: “Azərbaycan dövləti bizim ölkəyə gələcək minlərlə xarici qonaqlara bütün təhlükəsizliyi, viza rejiminin sadələşdirilməsində tam öhdəliyini təmin edir. Azərbaycanın hər bir vətəndaşı “Eurovision” müsabiqəsində bizim qazandığımız qələbədən fəxr edir və bu yarışmanı Bakıda keçirmək onlar üçün böyük şərəfdir. Azərbaycan “Eurovision” mahnı müsabiqəsinin təşkilinin böyük bir məsuliyyət olduğunu dərk edir və bunun üçün bütün zəruri addımları atmağa hazırdır”. 
Məktubda deyilir ki, 57-ci “Eurovision” mahnı yarışması zamanı mətbuat və azarkeş kimi gələcək bütün insanların Avropa İnsan Haqları Konvensiyasına uyğun ifadə və sərbəst toplaşma azadlıqları təmin edəcək.
Görüşdə iştirak edən Azərbaycanın “Eurovision” üzrə məsul şəxsi Adil Kərimli, ev sahibliyi ilə bağlı yayımçı telekanalın müxtəlif sahələrdəki inkişafını təqdim edib. EBU və Məşvərət Qrupu iclasın sonunda nəticəyə gəliblər ki, A. Kərimli və onun komandası Avropanın ən sevimli TV şousunun təşkilində işlərini düzgün qurublar. 
Qeyd edək ki, “Eurovision-2012” mahnı müsabiqəsinin yarımfinalları mayın 22-si və 24-də, finalı isə 26-da Bakı şəhərində keçiriləcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan XİN Ukraynanı təbrik edib
14:46 24.08.2025
Azərbaycan XİN Ukraynanı təbrik edib
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
14:32 24.08.2025
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
14:18 24.08.2025
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
13:54 24.08.2025
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
13:48 24.08.2025
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
13:34 24.08.2025
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
13:15 24.08.2025
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
13:03 24.08.2025
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
12:46 24.08.2025
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
12:35 24.08.2025
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
12:20 24.08.2025
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
“Sədərək” ticarət mərkəzində yanğın başladı
12:18 24.08.2025
“Sədərək” ticarət mərkəzində yanğın başladı
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
11:57 24.08.2025
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
11:55 24.08.2025
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
Dövlət Agentliyindən xaricdə təhsillə bağlı XƏBƏRDARLIQ
11:39 24.08.2025
Dövlət Agentliyindən xaricdə təhsillə bağlı XƏBƏRDARLIQ
"Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir
11:30 24.08.2025
"Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir'