“Azəriqaz” xəbərdarlıq edir.
Bu gün saat 10:00-dan 18:00-dək Abşeron və Hacıqabul magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.
Bu barədə “Azəriqaz” İB-dən AZXEBER.COM-a bildirilib.
“Təmir müddətində Hacıqabul rayonunun Qarasu, Padar və Abdulabad kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhərinin Səbayel rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür”, - deyə “Azəriqaz” dan qeyd edilib.