Mərkəzi Seçki Komissiyasının (MSK) dəstəyi ilə “İrəli” İctimai Birliyi tərəfindən həyata keçirilən “Səs Ver” kampaniyası çərçivəsində təlimlərə start verilib.
AZXEBER.COM xəbər verir ki, ilk təlim İsmayıllı rayonunda 100 gəncin iştirakı ilə baş tutub.“Səs Ver” kampaniyası çərçivəsində növbəti təlim isə Qobustanda 100 gəncin iştirakı ilə keçirilib.Təlim müddətində “Səs Ver” kampaniyasının təlimçiləri tərəfindən gənclərə seçki, seçki hüququ, seçki prosesi barədə ətraflı məlumat verilib, məlumatlandırıcı kitablar paylanılıb. Xüsusilə, ilk dəfə səs verəcək gənclər səsvermə proseduru barədə ətraflı məlumatlandırılıblar.Qeyd edək ki, bu il ümumilikdə 5 milyon nəfər seçici səsvermədə iştirak edəcək və onlardan 2 milyon nəfəri, yəni 40 faizi gənclərdir. Gənclər arasında təxminən 500 min nəfəri ilk dəfə Prezident seçkilərində səs verəcək ki, bu da ümumi seçicilərin 10 faizini təşkil edir.“Səs Ver” kampaniyasının məqsədi qarşıdan gələn seçkilərdə gənclərin fəallığının artırılmasıdır. Həmçinin, seçkilər zamanı səsvermə hüququndan ilk dəfə istifadə edəcək gənclərin maarifləndirilməsi, onların seçkilərdə fəal iştiraka həvəsləndirilməsi, gənclər arasında fəal vətəndaşlığın təbliği, bütün ölkə üzrə ilk dəfə səs verəcək gənclərin şəbəkəsinin yaradılmasını təmin etməkdir.