Azərbaycanın dağlıq və dağətəyi rayonlarında leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın dağlıq və dağətəyi rayonlarında leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
SOSİAL
17:24 08.06.2025
470
İyunun 9-11-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

Bu barədə AZXEBER.COM-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılar ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur.
OXŞAR XƏBƏRLƏR