Azərbaycanın əməkdar artisti Abbas Bağırov subaylığın daşın atır.
AZXEBER.COM xəbər verir ki, müğənni də evli məşhurlar siyahısına adını əlavə edib. Məlumata görə, Abbasın toyu bu ay şəhərin dəbdəli restoranlarından birində baş tutacaq.
Müğənni özü də məlumatı təsdiqləyib və bildirib ki, may ayı toy üçün ən əlverişli aydır və bu səbəbdən toyunu maya salıb.
Əməkdar artist evlənəcəyi xanım haqda isə danışmaq istəməyib.
Qeyd edək ki, bu evlilik əməkdar artistin ikinci evliliyidir.
Nazim Qasımzadə,
AZXEBER.COM
AZXEBER.COM
