Aktyor Tofiq Qarayev Ağdamda dünyasını dəyişib
Respublikanın əməkdar artisti Tofiq Qarayev dünyasını dəyişib. Aktyor Ağdamda müalicə aldığı xəstəxanada vəfat edib. Mərhumla Ağdam Dövlət Dram Teatrında onunla vida mərasimi keçirildikdən sonra, o Quzanlı qəbristanlığında dəfn edilib. Xatırladaq ki, mərhum xalq artisti Fatma Mahmudovanın keçmiş həyat yoldaşı olub.