Editor.az İnformasiya Portalının 2014-cü ilin yekunları ilə bağlı ölkəmizin ən fəal gənclər birliyini müəyyən etmək məqsədilə keçirdiyi “Azərbaycanın ən fəal gənclər təşkilatı hansıdır?” sorğusu başa çatıb.
Qeyd edək ki, sorğuya Editor.az-ın redaksiyası tərəfindən fəallığı ilə seçilən 12 gənclər təşkilatı daxil edilib və səsvermə 4-20 noyabr tarixlərini əhatə edib. Sorğuya 16 gün ərzində ümumilikdə 1455 oxucu qatılıb. Sorğunun gedişi zamanı ayrı-ayrı gənclər təşkilatlarının xeyrinə sorğuya müdaxilə cəhdləri olsa da, belə cəhdlərin qarşısı texniki heyət tərəfindən alınıb və verilən saxta səslər ləğv edilib.
Virtual səsvermənin nəticələrinə əsasən Gənclər üçün Təhsil Mərkəzi(GTM) sorğuya qatılanların 358 nəfərinin (25%) səsini qazanaraq 2014-cü il üçün Azərbaycanın ən fəal gənclər təşkilatı adına layiq görülüb.
Sorğunun nəticələrinə görə, sorğuya daxil edilən digər gənclər təşkilatlarının virtual reytinqi belə sıralanır:
1. Gənclər üçün Təhsil Mərkəzi (25%, 358 səs) 2. Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (17%, 242 səs) 3. Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (16%, 232 səs) 4. “İNDEX”(AzeDer) (10%, 140 səs) 5. “İrəli” İctimai Birliyi (9%, 138 səs) 6. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (7%, 96 səs) 7. “İslahatçı Gənclər” İctimai Birliyi (4%, 62 səs) 8. “Odlar Yurdu” Gənclər İctimai Birliyi(Gəncə) (4%, 56 səs) 9. “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (4%, 54 səs) 10. Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (2%, 30 səs) 11. AR Gənclər Təşkilatları Milli Şurası (2%, 30 səs) 12. “Yurd” GİİD İctimai Birliyi(Quba) (0%, 17 səs)
Sorğunun nəticəsi olaraq, qalib gələn gənclər təşkilatı ilin sonunda Editor.az İnformasiya Portalı tərəfindən təşkil olunacaq təntənəli tədbirdə portal tərəfindən Fəxri Mükafatla təltif ediləcək.
P.S. Sorğuya fəal gənclər təşkilat kimi daxil edilən 12 gənclər qurumu yalnız Editor.az-ın apardığı müşahidənin nəticəsində müəyyən edilib və subyektiv xarakter daşıya bilər. Sorğunun nəticəsi yalnız səsvermədə iştirak edən bəlli sayda oxucuların mövqeyini nümayiş etdirir və ümumi ictimai rəy kimi qəbul edilə bilməz.