Azərbaycanın ən gənc icra başçıları – Onların neçə yaşı var?

Azərbaycanın ən gənc icra başçıları – Onların neçə yaşı var?
SİYASƏT
14:17 31.10.2018
12244
Prezident İlham Əliyevin sərəncamı ilə Vüqar Zeynalov Bakının Səbail, Tahir Məmmədov isə Şamaxı rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunub. Yeni təyin olunan başçılardan Tahir Məmmədov gənc kadrlar siyahısında yer alır.

AZXEBER.COM yaşı 45-in altında olan icra başçıları ilə bağlı araşdırma aparıb.

Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin 45 yaşı var. Özü haqqında informasiyaları ciddi-cəhdlə ictimaiyyətdən gizlədən S.Abdullayev artıq 8 ildir bu vəzifəni daşıyır. Hətta İcra Hakimiyyətinin rəsmi saytında belə onun haqqında hər hansı informasiyaya rast gəlmək olmur. Baxmayaraq ki, ondan başqa bütün icra başçılarının haqqında informasiyalar onların rəhbəri olduğu qurumların elektron saytlarında dərc olunub. Bakıda anadan olan icra başçısının bundan öncə harada çalışması barədə dəqiq məlumat yoxdur.
 

 

Dünən Şamaxı rayon İcra Hakimiyyətinin başçı təyin olunan Tahir Məmmədovun 42 yaşı var. Dövlət idarəçiliyinə mətbuatdan gələn T.Məmmədov İctimai TV-də departament direktoru və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifələrində çalışıb. Daha sonra Heydər Əliyev Fondunda şöbə müdiri, "Avroviziya” Mahnı Müsabiqəsində Azərbaycan nümayəndə heyətinin üzvü və rəhbəri, YUNESKO-nun "İnformasiya hamı üçün” Proqramının (IFAP) Azərbaycan Komitəsinin sədri vəzifələrini tutub. Son iş yeri isə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi olub. Burada o, nazir Ramin Quluzadənin müşaviri olub.
 

 

Laçın rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin 42 yaşı var. 1999-cu ildən Laçın İcra Hakimiyyətində çalışan A.Nəzərli buna qədər İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsində hüquqşünas, Hüquq şöbəsinin müdiri, İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifələrində çalışıb. Ehtiyatda olan zabit A.Nəzərli artıq iki ildən artıqdır icra başçısıdır.
 

 

Siyəzən rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynovun 37 yaşı var. 1981-ci ildə Sabirabad rayonunda anadan olan A.Hüseynov iqtisad elmləri üzrə fəlsəfə doktorudur. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Sosial İnkişaf İdarəsinin rəis müavini postunu tutan Asif Hüseynov üç ildir bu rayona rəhbərlik edir.
 

 

Azər Niftiyev,
AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kartdan-karta köçürmələr niyə pullu olur? - İqtisadçı açıqladı
12:43 14.10.2026
Kartdan-karta köçürmələr niyə pullu olur? - İqtisadçı açıqladı
Evinizin divarları nəmlənir? – Çıxış yolu BUDUR
12:33 14.10.2026
Evinizin divarları nəmlənir? – Çıxış yolu BUDUR
“Analar deyirdilər ki, “Mənim övladımın hekayəsidir” - Ceyhun Osmanlı
12:22 14.10.2026
“Analar deyirdilər ki, “Mənim övladımın hekayəsidir” - Ceyhun Osmanlı
“Unibank” üçüncü rübün maliyyə nəticələrini açıqladı
12:10 14.10.2026
“Unibank” üçüncü rübün maliyyə nəticələrini açıqladı
Ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən edildi
12:00 14.10.2026
Ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən edildi
Kartdan karta köçürmələrdə komissiya tutulacaq - Bu tarixdən
11:55 14.10.2026
Kartdan karta köçürmələrdə komissiya tutulacaq - Bu tarixdən
Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi
11:51 14.10.2026
Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi
Türkiyədə “Halk TV” telekanalına qarşı əməliyyat keçirildi, saxlanılanlar var
11:39 14.10.2026
Türkiyədə “Halk TV” telekanalına qarşı əməliyyat keçirildi, saxlanılanlar var
İranda xarici mediaya məlumat ötürən şəxs edam edildi
11:33 14.10.2026
İranda xarici mediaya məlumat ötürən şəxs edam edildi
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
11:19 14.10.2026
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
“Ermənistanla Azərbaycan arasında anklav və eksklavlar olmamalıdır”
11:17 14.10.2026
“Ermənistanla Azərbaycan arasında anklav və eksklavlar olmamalıdır”
"Qarabağ və Şərqi Zəngəzurda 600 hektar meşə fondu bərpa olunub"
10:57 14.10.2026
"Qarabağ və Şərqi Zəngəzurda 600 hektar meşə fondu bərpa olunub"
Dövlət başçısı: 300 min hektardan çox ərazi minalardan və partlayıcı sursatdan təmizlənib
10:54 14.10.2026
Dövlət başçısı: 300 min hektardan çox ərazi minalardan və partlayıcı sursatdan təmizlənib
9 nəfər Azərbaycan vətəndaşı Qazaxıstanda təhsil alacaq
10:49 14.10.2026
9 nəfər Azərbaycan vətəndaşı Qazaxıstanda təhsil alacaq
İran və Türkiyədən informasiya hücumlarını qətiyyətlə pisləyirik - Açıqlama
10:45 14.10.2026
İran və Türkiyədən informasiya hücumlarını qətiyyətlə pisləyirik - Açıqlama
Tramp Qrenlandiyada genişmiqyaslı geoloji kəşfiyyat işlərinə başlandığını bildirib
10:34 14.10.2026
Tramp Qrenlandiyada genişmiqyaslı geoloji kəşfiyyat işlərinə başlandığını bildirib