Bakıda gənc oğlanlar arasında “Mr. Azerbaijan 2016” model müsabiqəsi keçirilib
Bu müsabiqə 6 ay davam edib. Müsabiqənin qalibi iə münsiflər və kənar səsvermənin nəticələrinə uyğun olaraq seçilib. Nəticədə Pərviz Xəlilov qalib olub.
Müsabiqənin şərtlərinə görə sosial şəbəkələrdə aparılan səsvermə nəticəsində P. Xəlilov yüksək səs çoxluğu ilə daim öndə olub. O, münsiflər heyətinin rəğbətini qazananaraq “Mr. Azerbaycan 2016” tituluna layiq görülüb.
Qeyd edək ki, 20 yaşlı P.Xalilov Quba şəhərində doğulub. O, 15 yaşından fotomodel biznesi ilə məşğuldur. Bu sahədə qazandığı uğurların nəticəsində bir sıra təltifnamə və diplomlara layiq görülüb. Həmçinin gənc fotomodel Türkiyədə bir neçə dəfə seriallarda rol alıb. O, bundan sonra model biznesini və aktyorluq sənətini davam etdirmək niyyətindədir.



