Azərbaycanın ən zövqlü və zövqsüz geyinən xanım müğənniləri müəyyənləşdi - SİYAHI

Azərbaycanın ən zövqlü və zövqsüz geyinən xanım müğənniləri müəyyənləşdi -  SİYAHI
Bütün Xəbərlər
13:40 18.02.2013
7796
“Müğənni sıradan geyinməməlidir, onun geyimi adi insanların geyimindən fərqlənməlidir. Azərbaycandakı müğənnilər isə adi mağazalardan aldıqları geyimlərlə səhnəyə çıxırlar. Bu, düzgün deyil.”Bu sözləri AZXEBER.COM-a verdiyi açıqlamada rəsmi və səhnə geyimləri üzrə mütəxəssis Kövsər Orucova deyib.Kövsər xanım Azərbaycanın ən zövqlü geyinən müğənni kimi Aygün Kazımovanı fərqləndirib: “Azərbaycanda ən zövqlü geyinən müğənni, şübhəsiz ki, Aygün Kazımovadır. O, uzun illərdir ki, yalnız səhnə üçün geyinir və geyimlərinə hər zaman xüsusi diqqət ayırır. Bundan başqa, Səfurə Əlizadə, Nigar Camal və qismən Zülfiyyə Xanbabayevanı misal gətirə bilərəm. Bu müğənnilər də səhnəyə uyğun və zövqlə geyinirlər. Elza Seyidcahanın geyimini çoxları qəbul etməsə də, əslində, o, sırf səhnəyə uyğun geyinir."Digər müğənnilərimiz isə səhnə zövqünə uyğun geyinmirlər. Xüsusilə, Sevda Yəhyayeva, Samirə və Rəqsanəni qeyd edə bilərəm. Onlar çox sıradan geyinirlər. Adi geyim kimi zövqlü görünsələr də, qiyafətləri səhnəyə əsla uyğun olmur. Röya zövqlü geyinsə də, onu da səhnə geyimində az görürük. Eyni sözləri kişi müğənnilərimizə də aid edə bilərəm. Faiq Ağayev və bir az da Zamiqdən başqa bütün kişi müğənnilərimiz uyğunsuz geyimdə səhnəyə çıxır. Əksər hallarda adi kostyuma üstünlük verirlər.”Kövsər Orucova müğənnilərimizi xarici müğənnilərdən nümunə götürməyə çağırıb: “Əcnəbi müğənnilərə baxın. Onlar heç vaxt sıradan geyimlərlə səhnəyə çıxmırlar. Milyonlarla pul xərcləyib dəbdəbəli paltarlar düzəltdirirlər.”Ceyhun
OXŞAR XƏBƏRLƏR