‘Azərbaycanın ərazilərini zəbt etdiyini unudurlar’ – BƏYANAT

‘Azərbaycanın ərazilərini zəbt etdiyini unudurlar’ – BƏYANAT
Bütün Xəbərlər
13:25 23.03.2012
1752

Qarabağ Azadlıq Təşkilatı (QAT) Minsk qrupunun fəaliyyəti ilə bağlı növbəti bəyanatla çıxış edib. AZXEBER.COM portalı həmin bəyanatı təqdim edir:

ATƏT Minsk qrupunun 20 illik fəaliyyəti iflasa uğramışdır. Bu dövr ərzində Minsk qrupu və onun həmsədrləri tərəfindən Qarabağ münaqişəsinin həllinə dair obyektiv və qərəzsiz mövqe nümayiş etdirilməmişdir. 1997-ci ilin əvvəlində formalaşdırılan 3 həmsədrlik institutu isə birmənalı şəkildə işğalçı Ermənistanın maraqlarına xidmət etmişdir. Həmsədrlər ATƏT-in 1996-cı il Lissabon zirvə toplantısında irəli sürülmüş prinsiplərdən imtina etməklə Ermənistanın əsassız iddialarını yerinə yetirmişlər. Beləki Lissabon sammitində münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması, Dağlıq Qarabağın statusunun Azərbaycanın sərhədləri daxilində müəyyən edilməsinə dair birgə bəyanat qəbul olunmuşdur. Lissabon sammitinin nəticələrini Azərbaycan üçün tam məqbul hesab etmək olmazdı, lakin həmsədrlər bu yarımçıq nəticələrin də üzərindən xətt çəkmək yolunu tutdular və 1997-1998-ci illərdə irəli sürdükləri həll variantlarında, həmçinin həmsədr ölkələrin dövlət başçılarının birgə bəyanatlarında və nəhayət, “Madrid prinsipləri” deyilən sənəddə “münaqişənin ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə” prinsipləri əsasında həll edilməsi, Dağlıq Qarabağdakı qondarma rejimə aralıq statusunun verilməsi, Ermənistanla Dağlıq Qarabağ arasında quru əlaqəsinin təmin edilməsi kimi absurd ideyaları ortaya gətirdilər. Həmsədr ölkələrin xarici işlər nazırlərinin son bəyanatı isə 20 illik səmərəsiz fəaliyyətin davam etdirilməsi cəhdindən başqa bir şey deyildir. Onlar Azərbaycan və Ermənistan rəhbərlərini “Helsinki Yekun aktında nəzərdə tutulan güc tətbiq etməmək, ərazi bütövlüyü, öz müqəddəratını təyinetmə və xalqların bərabərliyi prinsipləri” əsasında həll qərarı verməyə çaığırırlar. Burada ikiüzlülüyüvə açıq sinizmi görməmək mümkün deyil. Bu bəyanat torpaqları 20 ildən artıq bir dövr ərzində işğalda qalan xalq və dövlətə qarşı təhqir və həqarətdir. Helsinki Yekun aktının güc tətbiqinə qarşı prinsipini yada salır, lakin işğalçı Ermənistanın hərbi güc tətbiq etməklə Azərbaycanın ərazilərini zəbt etdiyini unudurlar. Yekun aktın özlərinə sərf edən müddəalarını xatırladır, lakin işğalçıya qarşı zəruri addımları nəzərdə tutan müddəaları yada salmaq istəmirlər. Öz müqəddəratını təyinetmə prinsipindən danışır, lakin yaddan çıxarırlar ki, bu prinsipin Dağlıq Qarabağdakı bir ovuc erməniyə heç bir dəxli yoxdur. Bu bəyanatda yeni bir prinsipi – “xalqların bərabərliyi” prinsipini də yada salırlar. Bununla nə demək istədikləri isə hələki məlum deyil.

Minsk qrupunun, onun həmsədrlərinin bu günə qədərki fəaliyyəti, həmsədr ölkələrin xarici işlər nazirlərinin son bəyanatı bir daha deməyə əsas verir ki, biz bu danışıqlar prosesindən, vasitəçilik missiyasından yaxşı heç nə gözləyə bilmərik. Bu proses status-kvonun saxlanılmasına, yəni Azərbaycanın 20 faiz ərazilərinin işğal altında saxlanılmasına xidmət edir. Ona görə də Azərbaycan Minsk qrupu çərçivəsindəki danışıqlardan imtina etməlidir. Minsk qrupu 20 il ərzində işğaldakı 20 faiz ərazinin 1 faizinin də işğalçılar tərəfindən boşaldılmasına nail ola bilməyibsə, işğalçı və işğala məruz qalan tərəf arasında obyektiv mövqe tuta bilməyibsə, bu qurumun yaşamağa, fəaliyyətini davam etdirməyə heç bir haqqı yoxdur.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Avropada aviayanacaq təşvişi - Yayda təyyarə reyslərində ciddi problem ola bilər
05:26 11.04.2026
Avropada aviayanacaq təşvişi - Yayda təyyarə reyslərində ciddi problem ola bilər
Hindistanda Pakistan kəşfiyyatına bağlı 11 nəfər saxlanılıb
04:13 11.04.2026
Hindistanda Pakistan kəşfiyyatına bağlı 11 nəfər saxlanılıb
ABŞ Rusiya neftinə sanksiya möhlətini uzada bilər
02:31 11.04.2026
ABŞ Rusiya neftinə sanksiya möhlətini uzada bilər
İtaliyada diversiya Almaniyaya neft tədarükünü dayandırıb
01:45 11.04.2026
İtaliyada diversiya Almaniyaya neft tədarükünü dayandırıb
Aİ Rusiyanı təcrid edə bilməyəcək - Orban
01:04 11.04.2026
Aİ Rusiyanı təcrid edə bilməyəcək - Orban
Futbol tarixinin ən yaxşı qol sevincləri açıqlanıb - Siyahı
00:48 11.04.2026
Futbol tarixinin ən yaxşı qol sevincləri açıqlanıb - Siyahı
Prezident İlham Əliyev Tbilisidə xatirə kitabına nələri yazıb? - VİDEO
00:09 11.04.2026
Prezident İlham Əliyev Tbilisidə xatirə kitabına nələri yazıb? - VİDEO
"Fars": İran və ABŞ nümayəndə heyətləri İslamabada çatıb
00:06 11.04.2026
"Fars": İran və ABŞ nümayəndə heyətləri İslamabada çatıb
Şahbaz Şərif və Kir Starmer İran ilə ABŞ arasında dialoqu müzakirə ediblər
23:55 10.04.2026
Şahbaz Şərif və Kir Starmer İran ilə ABŞ arasında dialoqu müzakirə ediblər
Həmin ərazidə sürüşmə daha da genişləndi - “Yola görə ərzaq qıtlığıdır”-Video
23:46 10.04.2026
Həmin ərazidə sürüşmə daha da genişləndi - “Yola görə ərzaq qıtlığıdır”-Video
İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən eksklüziv kadrlar
23:41 10.04.2026
İlham Əliyevin Gürcüstanda qarşılanma mərasimindən eksklüziv kadrlar
Bakıda mənzillərin qiyməti bahalaşıb? - QİYMƏTLƏR
23:25 10.04.2026
Bakıda mənzillərin qiyməti bahalaşıb? - QİYMƏTLƏR
Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO
23:17 10.04.2026
Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı - VİDEO
London Hörmüz boğazı ilə bağlı ABŞ olmadan danışıqlar keçirəcək
23:12 10.04.2026
London Hörmüz boğazı ilə bağlı ABŞ olmadan danışıqlar keçirəcək
Nə düşünsələr, onu da deyirlər: birbaşalığı ilə diqqəti cəlb edən bürclər
23:02 10.04.2026
Nə düşünsələr, onu da deyirlər: birbaşalığı ilə diqqəti cəlb edən bürclər
Ötən ay kanalda batan gəncin meyiti tapıldı
22:49 10.04.2026
Ötən ay kanalda batan gəncin meyiti tapıldı