Azərbaycanın fəxri həkimi vəfat etdi

Azərbaycanın fəxri həkimi vəfat etdi
SOSİAL
11:04 06.10.2021
2703
Azərbaycan Tibb Universitetinin (ATU) Dermatovenerologiya kafedrasının dosenti Svetlana Əliyeva vəfat edib.

S.Əliyeva ötən gün 82 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Svetlana Əliyeva 1956-1962-ci illərdə N.Nərimanov adına ATİ-nun (indiki Azərbaycan Tibb Universiteti - red.) müalicə-profilaktika fakültəsində təhsil alıb. 1962-1966-cı illərdə S.M.Kirov adına ADU-nun "İnsan və heyvanların fiziologiyası” kafedrasında aspirant kimi əmək fəaliyyətinə başlayıb.

1966-1970-ci illərdə ATU-nun dermatovenerologiya kafedrasında baş laborant kimi işləyib.

1995-ci ildən ömrünün sonuna kimi həmin kafedrada dosent kimi çalışıb. 2000-ci ildə "fəxri həkim” adına layiq görülüb. 

S.Əliyeva 2009-cu ildə 70 illik yubileyi ilə əlaqədar ATU-nun rektoru tərəfindən "Fəxri fərman”la təltif olunub. 40-a yaxın elmi işin müəllifidir.
 
///Report
OXŞAR XƏBƏRLƏR