Azərbaycanın FIFA referisi Gürcüstan millisinin oyununa təyinat aldı

İDMAN
18:18 13.11.2023
160
Azərbaycanın FIFA referisi Rauf Cabarov təyinat alıb.

AZXEBER.COM UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 38 yaşlı ədalət təmsilçisi 21 yaşadək futbolçulardan ibarət Şimali Makedoniya və Gürcüstan milliləri arasında Avropa çempionatının seçmə mərhələ oyununu idarə edəcək.

Ona Namik Hüseynov və Müslim Əliyev kömək göstərəcək. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 16-da Skopyedə reallaşacaq Şimali Makedoniya - Gürcüstan qarşılaşması Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

OXŞAR XƏBƏRLƏR