Azərbaycanın 'Gənclər Paytaxtı' hansı şəhər olacaq?

Azərbaycanın
GƏNCLİK
17:20 09.01.2013
1804

Ötən ildən başlayaraq “Azərbaycan gəncliyi: 2011-2015-ci illərdə” Dövlət Proqramın icra müddəti ərzində hər il Bakı şəhəri istisna olmaqla, ölkənin şəhər və rayonlarından biri “Gənclər Paytaxtı” elan olunur.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən xəbərə görə, “Gənclər Paytaxtı”nın elan olunmasının əsas məqsədi regionlarda gənclərlə işin daha da canlandırılmasıdır.Bu ilin 1 yanvar tarixindən etibarən gənclər www.genclerpaytaxti.az saytına daxil olaraq səsvermə yolu ilə “Gənclər Paytaxtı 2013”-ü seçə biləcəklər. Səsvermə 31 yanvar tarixinə kimi davam edəcək.Gənclər paytaxtının adı rəsmi olaraq Gənclər və İdman Nazirliyi tərəfindən 2 fevral - Azərbaycan Gənclər Günü elan ediləcək.Xatırladaq ki, 2012-ci ildə 1 mln. 700 mindən artıq istifadəçinin iştirakı ilə Gəncə şəhəri səsvermə nəticəsində “Gənclər Paytaxtı” elan olub. 1 il müddətinə seçilən “Gənclər Paytaxtı”nda gənclərin ictimai, siyasi, sosial, iqtisadi və mədəni həyatda fəal iştirakını təmin etmək, onların intellektual və yaradıcılıq potensialını artırmaq əsas şərtlərdən biridir.Azərbaycanın “Gənclər Paytaxtı”nın seçimində yaşadığı yerindən, vətəndaşlığından, yaşından, milliyyətindən asılı olmayaraq hər kəs bərabər hüquqla iştirak edə bilər.Qeyd edək ki, bir kompüterdən yalnız bir nəfər (bir şəhər və ya rayona) səs verə bilər. Hər verilən səs dərhal nəzərə alınır və şəhərin reytinqini bir xal artırır.2013-cü ilin Azərbaycanın Gənclər Paytaxtının səsvermə siyahısına əhalisi 50.000 və ondan yuxarı olan şəhər və rayonlar daxil edilib. Səsvermə siyahısında onlar əlifba sırasına görə ardıcıllıqla düzlənib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mədəniyyət Nazirliyi Xalq artisti Arif Babayevin vəfatı ilə bağlı nekroloq yayıb
09:21 01.08.2025
Mədəniyyət Nazirliyi Xalq artisti Arif Babayevin vəfatı ilə bağlı nekroloq yayıb
Cəlilabadda "QAZ-53" aşıb, ölən və xəsarət alanlar var
09:16 01.08.2025
Cəlilabadda "QAZ-53" aşıb, ölən və xəsarət alanlar var
TASS agentliyi Xankəndi ilə bağlı dərc etdiyi xəbərin sərlövhəsini dəyişib - FOTOLAR
09:08 01.08.2025
TASS agentliyi Xankəndi ilə bağlı dərc etdiyi xəbərin sərlövhəsini dəyişib - FOTOLAR
Rusiyanın Kiyevə zərbələri nəticəsində ölənlərin sayı 26-ya çatıb
08:48 01.08.2025
Rusiyanın Kiyevə zərbələri nəticəsində ölənlərin sayı 26-ya çatıb
Xalq artisti Arif Babayev dünyasını dəyişdi
08:44 01.08.2025
Xalq artisti Arif Babayev dünyasını dəyişdi
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:36 01.08.2025
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Ağstafada avtomobil piyadanı vuraraq öldürüb
04:55 01.08.2025
Ağstafada avtomobil piyadanı vuraraq öldürüb
Rubio: ABŞ və Çin strateji sabitlik dövrünə daxil olurlar
02:51 01.08.2025
Rubio: ABŞ və Çin strateji sabitlik dövrünə daxil olurlar
Türkiyədə atışma zamanı bir nəfər ölüb, beş nəfər yaralanıb
01:32 01.08.2025
Türkiyədə atışma zamanı bir nəfər ölüb, beş nəfər yaralanıb
“Araz Naxçıvan” növbəti mərhələdə
00:26 01.08.2025
“Araz Naxçıvan” növbəti mərhələdə
Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür
00:16 01.08.2025
Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür
AZƏRTAC: TASS-ın Azərbaycan xalqına yad toponimi reanimasiya cəhdi anlaşılmazlıq doğurur
00:12 01.08.2025
AZƏRTAC: TASS-ın Azərbaycan xalqına yad toponimi reanimasiya cəhdi anlaşılmazlıq doğurur
XİN: Üzr istəyib, düzəliş etməsə, TASS-ın Azərbaycanda fəaliyyətinə qarşı müvafiq tədbirlər görüləcək
00:09 01.08.2025
XİN: Üzr istəyib, düzəliş etməsə, TASS-ın Azərbaycanda fəaliyyətinə qarşı müvafiq tədbirlər görüləcək
“”Xankəndinin “Stepanakert” adlandırması ölkəmizin ərazi bütövlüyünə hörmətsizlikdir”
00:07 01.08.2025
“”Xankəndinin “Stepanakert” adlandırması ölkəmizin ərazi bütövlüyünə hörmətsizlikdir”
“Qalatasaray” Osimhenin transferini açıqlayıb - FOTOLAR
23:55 31.07.2025
“Qalatasaray” Osimhenin transferini açıqlayıb - FOTOLAR
Bakıda dəhşətli qəzada həlak olan gənc təhsilini fərqlənmə ilə bitirib – TƏFƏRRÜAT
23:44 31.07.2025
Bakıda dəhşətli qəzada həlak olan gənc təhsilini fərqlənmə ilə bitirib – TƏFƏRRÜAT