Azərbaycanın görkəmli folklorşünası Azad Nəbiyev vəfat edib

Azərbaycanın görkəmli folklorşünası Azad Nəbiyev vəfat edib
Bütün Xəbərlər
12:40 15.02.2012
1518

Azərbaycanın görkəmli folklorşünası, filologiya elmləri doktoru, professor, Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, Bakı Dövlət Universitetinin (BDU) kafedra müdiri, əməkdar müəllim Azad Nəbiyev vəfat edib. BDU Həmkarlar İttifaqının sədri Fikrət ŞiriyevinAPA-ya verdiyi məlumata görə, A. Nəbiyev fevralın 13-də dünyasını dəyişib: “Səhhəti ilə bağlı hər hansı şikayəti yox idi. Elə həmin gün də saat 5-ə qədər Universitetdə olub. Evə gedəndən sonra qəflətən ürək tutması baş verib və vəfat edib”. F. Şiriyevin sözlərinə görə, mərhum sağlığında anadan olduğu Qubanın II Nügədi kəndində dəfn edilməsini vəsiyyət edibmiş. Onun bu vəsiyyəti yerinə yetirilib və mərhum dünən II Nügədi kəndində torpağa tapşırılıb. Qeyd edək ki, A. Nəbiyev 1945-ci il aprelin 20-də Qubanın II Nüğədi kəndində anadan olub. Burada kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin fılologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alıb. Əmək fəaliyyətinə Azərbaycan Dövlət Nəşriyyatında redaktor kimi başlayıb, "Gənclik" nəşriyyatında redaksiya müdiri, Azərbaycan Dövlət Universitetinin fılologiya fakültəsində müəllim, baş müəllim, professor vəzifələrində çalışıb. "Dirçəliş və Tərəqqi Partiyası"nın sədri olub. "Koroğlu dastanı" mövzusunda namizədlik dissertasiyası, "Azərbaycan-Özbək folklorunun tipologiyası və qarşılıqlı əlaqəsi" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. "Kitabi Dədə Qorqud"un Drezden nüsxəsinin mətninin sadələşdirilib nəşr etdirilməsi də onun adı ilə bağlıdır. "Azərbaycan dastanları", "Nəğmələr, inanclar, alqışlar, adətlər", "Alqışlar, adətlər, nəğmələr", "Koroğlu dastanı" kitablarının toplayanı, nəşrə hazırlayanı və ön sözlərinin müəllifıdir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ-də İranla müharibə başlayandan bəri benzinin orta qiyməti 37 % artıb
05:19 05.04.2026
ABŞ-də İranla müharibə başlayandan bəri benzinin orta qiyməti 37 % artıb
İran BƏƏ-də alüminium sənayesi obyektlərinə zərbə endirdiyini açıqlayıb
03:38 05.04.2026
İran BƏƏ-də alüminium sənayesi obyektlərinə zərbə endirdiyini açıqlayıb
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
02:52 05.04.2026
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
01:04 05.04.2026
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
00:23 05.04.2026
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
Avstraliyada güclü zəlzələ oldu
23:43 04.04.2026
Avstraliyada güclü zəlzələ oldu
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
23:39 04.04.2026
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
23:30 04.04.2026
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
23:16 04.04.2026
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
22:58 04.04.2026
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
22:38 04.04.2026
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
22:27 04.04.2026
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
22:15 04.04.2026
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
21:54 04.04.2026
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
21:36 04.04.2026
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib
21:32 04.04.2026
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib