Azərbaycanın ilk müstəqil jurnalist təşkilatının təsisçisi 55 yaşını qeyd edir

Azərbaycanın ilk müstəqil jurnalist təşkilatının təsisçisi 55 yaşını qeyd edir
MEDIA
11:40 02.09.2013
1580

Rauf Ağayevin 55 yaşı tamam oldu

Bu gün Azərbaycan Beynəlxalq Bankının Mətbuat Xidmətinin rəhbəri, “Bank Technique” ASC-nin müşahidə şurasının üzvü Rauf Ağayevin 55 yaşı tamam olur

AZXEBER.COM-un məlumatına görə, R.Ağayev Azərbaycan jurnalistikası tarixində onlarla ilkə imza atmış, ölkənin müstəqillik dönəmində müasir publisistikanın əsasını qoymuş azman jurnalistlərdəndir.

Belə ki, bir müddət mətbuat tarixində ilk dəb jurnalı olan “Arzu”da redaktor(1989-91) işləmişdir. Eyni zamanda 1991-ci ildə Azərbaycanda ilk müstəqil jurnalist təşkilatının – “Azərbaycan Gənc Publisistlər Cəmiyyəti”nin yaradıcısı və sədri olmuşdur. 1992-ci ildə Cəmiyyətin nəzdində ölkə mətbuatında ilk dəfə müxbirləri və baş redaktoru istedadlı orta məktəb şagirdlərindən ibarət redaksiya təşkil etməklə “Təmas” adlı qəzeti onların ixtiyarına vermişdir. 1993-cü ildə ölkədə ilk dəfə üzvləri tələbə-jurnalistlərdən ibarət olan “Freelancer journalists” (azad jurnalistlər) qurumunu yaratmışdır. 1994-cü ildə ölkədə ilk dəfə, o vaxtlar pulsuz qəzet adı ilə tanınan və ev, müəssisə, idarələrə ödənişsiz paylanan, üç dildə nəşr olunan “Reklam. Elan. Xəbər” qəzetinin təsisçisi və redaktoru olmuşdur. 1992-93-cü illərdə Cəmiyyət adından BDU jurnalistika fakültəsinin fəal tələbələri üçün Milli Qəhrəman, jurnalist Alı Mustafayev adına təqaüd təsis etmiş, Moskvada nəşr olunan “Панорама Азербайджана» qəzetinə maddi yardımlar göstərmişdir.

1995-99-cu illərdə “Xalq qəzeti”ndə kommersiya direktoru, baş redaktorun müavini, həmin qəzetin “Bazar günü” və “Cümə” əlavələrinin məsul redaktoru vəzifələrində çalışmışdır.

2006-cı ildə Beynəlxalq Jurnalistlər Federasiyası(BJF) ona “Beynəlxalq Jurnalist” sertifikatını təqdim etmişdir.

“Zərdabi" Mətbuat Mərkəzinin Azərbaycanda KİV-ə informasiya vermə səviyyəsini öyrənmək üçün 2006-cı ilin avqustunda (100 respondent) və 2007-ci ilin yanvarında (150 respondent) aparıcı mətbu orqanların rəhbərləri və əməkdaşları arasında keçirdiyi sorğuların nəticələrinə görə Azərbaycan Beynəlxalq Bankı “Azad İnformasiya Məkanı” mükafatına layiq görülmüşdür.

Hal-hazırda Azərbaycan Beynəlxalq Bankının Mətbuat Xidmətinin rəhbəri, eyni zamanda “Bank Technique” ASC-nin müşahidə şurasının üzvü vəzifəsində çalışır. Ailəlidir, iki övladı var.

Biz də saytımız adından onu səmimi qəlbdən təbrik edir, ona can sağlığı və bol-bol uğur arzu edirik.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şəhidin qardaşı Prezidentə təşəkkür etdi
22:38 25.06.2026
Şəhidin qardaşı Prezidentə təşəkkür etdi
Ağstafada qaz olmayacaq
22:36 25.06.2026
Ağstafada qaz olmayacaq
Ağbənd buraxılış məntəqəsi nə vaxt istifadəyə veriləcək? – Şahin Bağırov cavabladı
22:23 25.06.2026
Ağbənd buraxılış məntəqəsi nə vaxt istifadəyə veriləcək? – Şahin Bağırov cavabladı
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
22:20 25.06.2026
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Sədrdən AÇIQLAMA
22:13 25.06.2026
Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Sədrdən AÇIQLAMA
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi
22:07 25.06.2026
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi
Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO
21:55 25.06.2026
Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO
Venesuelanı silkələyən fəlakət: Ölənlərin sayı 200-ə yaxınlaşır
21:45 25.06.2026
Venesuelanı silkələyən fəlakət: Ölənlərin sayı 200-ə yaxınlaşır
Dəyişkən iş qrafiki tıxac problemini həll edəcək? - VACİB AÇIQLAMA
21:42 25.06.2026
Dəyişkən iş qrafiki tıxac problemini həll edəcək? - VACİB AÇIQLAMA
İtkin şəhid İbrahim Vəlizadə “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
21:33 25.06.2026
İtkin şəhid İbrahim Vəlizadə “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
21:29 25.06.2026
Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə - VİDEO
21:26 25.06.2026
Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə - VİDEO
Sahibə Qafarova Afrika Qrupu nümayəndələri ilə görüşdü
21:14 25.06.2026
Sahibə Qafarova Afrika Qrupu nümayəndələri ilə görüşdü
Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı
21:10 25.06.2026
Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı
Azərbaycan və Niderlandın XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
21:02 25.06.2026
Azərbaycan və Niderlandın XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ
20:55 25.06.2026
Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ