Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxacağı vaxt açıqlandı
Bütün Xəbərlər
12:00 06.01.2012
1263
Avropanın “Arianespace” kosmik-raket şirkəti 2012-ci ilə 13 kosmik raket buraxılışının planlaşdırıldığı barədə məlumat verib.AZXEBER.COM-un Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, şirkət ilk dəfə olaraq hər 3 kateqoriyadan ibarət raketlərin buraxılmasını da həyata keçirəcək.Bu il 7 “Ariane 5” ağır raketdaşıyıcısı, Rusiyanın orta kateqoriyaya aid beş “Soyuz” raketdaşıyıcısı və Avropanın yeni yüngül raketdaşıyıcısı “Vega”-nın ilk startı olacaq. Orbitə startı nəzərdə tutulan buraxılışlar arasında martın 9-da Beynəlxalq Kosmik Stansiyaya çıxarılacaq Avropanın “Edoardo Amaldi” kosmik yük gəmisi də var.Xatırladaq ki, 2010-cu ildə imzalanan müqaviləyə əsasən, “Arianespace” şirkəti 2012-ci ilin dördüncü rübündə “Ariane-5ECA” raketdaşıyıcısı vasitəsilə Azərbaycanın ilk telekommunikasiya peykini də orbitə çıxaracaq.