Azərbaycanın İtaliyadakı səfiri vəzifəsindən geri çağırılıb

Azərbaycanın İtaliyadakı səfiri vəzifəsindən geri çağırılıb
SİYASƏT
14:09 24.07.2026
216
Rəşad Aslanov Azərbaycan Respublikasının İtaliya Respublikasındakı səfiri vəzifəsindən geri çağırılıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycan Respublikasının İtaliya Respublikasında, eyni zamanda Malta Respublikasında, San Marino Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
OXŞAR XƏBƏRLƏR