Azərbaycan Respublikası Prezidenti yanında Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Azərbaycanın Kiçik Modeli adlı layihəsi həyata keçirilir.AZXEBER.COM-un məlumatına görə, layihə həvəskar və peşəkar əl qabiliyyəti olan gəncləri əhatə edir. Münsiflər tərəfindən seçilimiş qrup gənc müxtəlif materiallardan Azərbaycanın tarixi abidələrinin kiçik modelini hazırlayacaq.
Layihə bağlı layihənin koordinatoru Əli Səməndəri bildirdi ki,həyata keçirilən bu layihənin əsas məqsədi Azərbaycan gəncliyində ölkəmizin tarixi və mədəni abidələrimizə olan marağın artırılmasıgənclərimizi abidələri öyrənmək həvəsinin formalaşdırılmasıdır. Bununla yanaşı, Azərbaycanın Kiçik Modeli layihəsi memarlıq nümunesi oldğu üçün xüsusi əl qabiliyyətinə malik gənclərin öz potensiallarını aşkar etməsi, eyni zamanda nümayiş etdirməsi də layihənin uğurlu tərəflərindən biri kimi qiymətləndirmək mümkündür. Bu cür istedadlı gənclər Azərbaycanı gələcəkdə ölkə hüdudlarından kənarda da öz əl işləri ilə layiqincə təmsil edə bilərlər.
Hazırda layihə uğurla davam edir və artıq seçilmiş gənclər kiçik modelin tamamlanması işləri ilə məşğuldur. Tamamlama işləri bitdikdən sonra cari ayın yəni iyun ayının 23-ü həftənin bazar günü Azərbaycanın kiçik modelinin təqdimatı olacaq. Bütün gənclər və maraqlı olan şəxslər dəvətlidir. Tədbir ilə maraqlananlar və iştirak etmək istəyənlər ilə [email protected]/* */ məlumat ala bilər və müraciət edə bilərlər.