Azərbaycanın müdafiə naziri Rusiyaya getdi

Azərbaycanın müdafiə naziri Rusiyaya getdi
Bütün Xəbərlər
10:15 10.12.2012
1104
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev MDB müdafiə nazirləri müdafiə şurasının növbəti iclasında iştirak etmək üçün Moskvaya yola düşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, iclasda MDB çərçivəsində hərbi əməkdaşlığın gedişatı və 2013-cü il üçün planlaşdırılan tədbirlərin müzakirəsi nəzərdə tutulur. Səfər zamanı bir sıra MDB ölkələri ilə qarşıdakı il üçün ikitərəfli hərbi əməkdaşlıq planlarının imzalanacağı da gözlənilir.
OXŞAR XƏBƏRLƏR