Azərbaycanın müdafiə naziri Türkiyənin ordu generalıyla görüşdü

Azərbaycanın müdafiə naziri Türkiyənin ordu generalıyla görüşdü
17:07 11.06.2012
893

İyunun 11-də Azərbaycan Respublikasının müdafiə naziri general polkovnik Səfər Əbiyev Türkiyə Respublikasının jandarma baş komandanı ordu generalı Bəkir Kalyoncunu qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlunun verdiyi məlumata görə, qarşılıqlı hərbi əməkdaşlığın inkişaf etdirilməsi və hərbi təhsil sahəsində əlaqələrin möhkəmləndirlməsi görüşün əsas mövzularından olub. Bölgədəki hərbi vəziyyət barəsində də geniş fikir mübadiləsi aparılıb. Görüşdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hülusi Kılıc da iştirak edib. 

OXŞAR XƏBƏRLƏR