“Azərbaycanın müstəqil xarici siyasəti AŞPA -nın timsalında Avropaya rahatlıq vermir” - Fərid Şahbazlı

“Azərbaycanın müstəqil xarici siyasəti AŞPA -nın timsalında Avropaya rahatlıq vermir” - Fərid Şahbazlı
SİYASƏT
23:44 28.08.2024
492
Xəbər verdiyimiz kimi, Avropa Şurası Parlament Asambleyası (AŞPA) sentyabrın birində Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərinə müşahidəçilər göndərməyəcək. Qurumun məruzəçisi, öz antiazərbaycan və ermənipərəst mövqeyi ilə yaxşı tanıdığımız Frank Şvabe bunun səbəbini 2024-cü il fevralın 7-də keçirilmiş Prezident seçkilərinə AŞPA müşahidəçilərinin dəvət olunmaması ilə izah edib: "AŞPA-nın yanvar sessiyasında qəbul edilmiş hesabatda Azərbaycan nümayəndə heyətinin bir il müddətinə səsvermə hüququndan məhrum edildiyi əksini tapıb. Əgər Azərbaycan Avropa Şurasının qaydalarına tam əməl etməyə hazır olarsa, biz də başqa həll variantını nəzərdən keçirməyə hazır olacağıq”.

Məsələ ilə bağlı açıqlama verən "İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı bildirib ki, reallıq isə ondan ibarətdir ki, bu gün dünyada AŞPA adlı qurumun varlığı ilə yoxluğu qətiyyən nəzərə çarpmır: "Ümumiyyətlə, bu strukturun konkret nə ilə məşğul olması özü böyük bir sualdır. İnsan haqlarının qorunması iləmi? Qətiyyən yox. Həmin Avropanın özündə insan haqları polis çəkmələri altında tapdanır, müqəddəs "Qurani-Kərim” yandırılır, AŞPA-nın gözü görmür.

Fransada, Belçikada, Niderlandda, elə Almaniyanın özündə müsəlmanların fəryadı göylərə yüksəlir, AŞPA-nın qulaqları eşitmir, irqçilik, diskriminasiya, islamafobiya baş alıb gedir, AŞPA-nın "qəlbi” duymur.

Amma Azərbaycanda bir cinayəkar həbs olunanda dərhal hay-küy salırlar ki, "ay aman, bəs filan ölkədə azadlıq, insan haqları, demokratiya və s. yoxdur”.

Fərid Şahbazlı bildirib ki, əslində isə AŞPA-nın tələbləri başqadır: "Onların istəyi "insan haqları”, "azadlıq” anlayışları ilə pərdələnərək homoseksualizmin, narkomaniyanın, fahişəliyin leqallaşdırılmasından başqa bir şey deyildir. AŞPA məhz bu "Avropa dəyərləri”ni digər ölkələrdə də bərqərar etməyə, İslamın, ailənin, tarixin dərinliklərinə gedib çıxan sağlam mənəviyyatımızın varlığına son qoymağa çalışır. Qardaş Türkiyənin Avropa Birliyinin qapılarında az qala yarım əsrdir gözləməsi də bunun canlı sübutudur.

Digər tərəfdən Şvabenin timsalında AŞPA-nın Azərbaycan üzərinə "qısqırdılması”nın kökündə dayanan səbəblər Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbə, Qarabağda separatizmin kökünün kəsilməsi, ərazi bütövlüyümüzün bərpası, müstəqil xarici siyasət, beynəlxalq münaqişələrin həll edilməsində dialoq prinsipini rəhbər tutması, hərbi-siyasi bloklara qoşulmamasıdır. Türk-müsəlman Azərbaycanının məhz bu uğurları "xristian təssübkeşliyi”ndən, islamafobiyadan, imperial xülyalarından əziyyət çəkən AŞPA -nın timsalında Avropaya rahatlıq vermir. İndi də onlar bunun "qisas”ını Azərbaycandakı parlament seçkilərini müşahidə etməyə gəlməməklə almaq istəyirlər. Sual oluna bilər: gəlməsələr nə olacaq? Heç nə olmayacaq. Azərbaycan xalqı azad və demokratik formada seçmək hüququndan istifadə edəcək.

Atalarımız demişkən, "Xoruz yox idi, sabah açılmırdı?”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
05:41 16.03.2026
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
04:24 16.03.2026
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu