‘Azərbaycanın paytaxtında meydan suladılar’ – BƏYANAT

‘Azərbaycanın paytaxtında meydan suladılar’ – BƏYANAT
Bütün Xəbərlər
15:45 04.04.2012
1658

Qarabağ Azadlıq Təşkilatı Avronest Parlament Assambleyasının Bakıda keçirilən sessiyasında erməni deputatların iştirakına şərait yaradılmasını bir daha pisləyir və Azərbaycanın milli maraqlarına zərbə kimi qiymətləndirir. QAT-dan AZXEBER.COM-a daxil olan bəyanatda deyilir: “Bu, Azərbaycan iqtidarı tərəfindən çox böyük yanlışlıq oldu. Azərbaycan polisi sessiya keçirilən günlərdə işğalçı Ermənistan nümayəndələrinin əsil müdafiəçilərinə çevrildilər, ən iyrənc metodlara əl atmaqla hər hansı aksiyanın keçirilməsinə imkan vermədilər. Erməniləri qorumaq naminə öz xalqına qarşı bu cür amansız və ləyaqətsiz hərəkət edənləri lənətləyirik. Bu cür təzyiq və təqiblər bizim iradəmizi sındıra bilməz və mübarizəmizi davam etdirəcəyik.

Azərbaycan hakimiyyəti erməni deputatlarını Bakıya gətirməklə onlara haqsız vəəsassız iddialarını səsləndirmək üçün geniş tribuna verdi. Ermənilər Azərbaycan dövlətini və xalqını yüksək tribunadan təhqir etdilər, “işğalçı” adlandırdılar, şəhidlərimizin ruhlarını təhqir etdilər. Ermənilər hər hansı dialoqa hazır olmadıqlarını, əksinə, istənilən məqamdan Azərbaycanı itiham etmək üçün istifadə etməyə çalışdıqlarını bir daha nümayiş etdirdilər. Azərbaycan hakimiyyətinin bu yanlış addımından ermənilər öz məkrli niyyətləri üçün istifadə etdilər. Bu rüsvayçılığın ancaq bir adı var: ermənilər gəlidilər, Azərbaycanın paytaxtında meydan suladılar, bir qarış torpağı da geri qaytarmayacaqlarını nümayiş etdirdilər, Azərbaycanın bütün dövlət rəsmilərini də, deputatlarını da, bütövlükdə xalqı da təhqir etdilər, şəhərin küçələrini də sərbəst gəzdilər, azərbaycanlıları qətlə yetirənlərin adına erməni kilsəsində dualar da oxudular və heç nə olmamış kimi çıxıb getdilər.

Biz dövlətin maraqları baxımından aksiya və digər radikal addımlarda israr etmədik. İstəmədik ki, bəzi beynəlxalq mərkəzlər və ermənilər bizim hərəkətlərimizdən dövlətə qarşı istifadə etsinlər. Digər tərəfdən, cəmiyyətin, ictimai, siyasi qurumların da mövqeyini yoxladıq. Bizim hərəkətləri qınayan, bəyənməyənlərin mövqeyini və hərəkətlərini görmədik. Biz özümüz üçün çox nəticələr çıxartdıq. Bir daha təsdiq olundu ki, ermənilərlə hər hansı danışığın, “xalq diplomatiyası” oyunlarının heç bir mənası yoxdur. Erməni yalnız güc qarşısında geri çəkilə bilər. Biz ermənilərə gücümüzü göstərməliyik!”

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mert viza ala bilmədiyi üçün Serenayla gedə bilmədi
19:53 08.08.2025
Mert viza ala bilmədiyi üçün Serenayla gedə bilmədi
ADNSU-nun əlaçı tələbələri Balaxanıda “ADNSU-100” lövhəsinin açılışını ediblər - FOTOLAR
19:51 08.08.2025
ADNSU-nun əlaçı tələbələri Balaxanıda “ADNSU-100” lövhəsinin açılışını ediblər - FOTOLAR
Məşhur aktrisaya AĞIR İTKİ
19:48 08.08.2025
Məşhur aktrisaya AĞIR İTKİ
Hikmət Hacıyev: Prezident İlham Əliyev müharibədə qalib gəldi – indi o sülhü qazandı
19:46 08.08.2025
Hikmət Hacıyev: Prezident İlham Əliyev müharibədə qalib gəldi – indi o sülhü qazandı
Yaşar süni intellektlə çəkilən klipini təqdim etdi - VİDEO
19:25 08.08.2025
Yaşar süni intellektlə çəkilən klipini təqdim etdi - VİDEO
Almaniya İsrailə silah ixracını dayandırıb
19:10 08.08.2025
Almaniya İsrailə silah ixracını dayandırıb
Ukrayna və Moldovanın Aİ üzvlüyü üçün danışıqlar prosesi eyni vaxtda başlayacaq
18:58 08.08.2025
Ukrayna və Moldovanın Aİ üzvlüyü üçün danışıqlar prosesi eyni vaxtda başlayacaq
Çin İsrailin Qəzza ilə bağlı planlarından ciddi narahatdır
18:40 08.08.2025
Çin İsrailin Qəzza ilə bağlı planlarından ciddi narahatdır
Fransa klubu çempionatın başlamasına bir gün qalmış Liqa 2-yə yüksəlib
18:29 08.08.2025
Fransa klubu çempionatın başlamasına bir gün qalmış Liqa 2-yə yüksəlib
Həbsxanaya kartofun içərisində telefon keçirmək istədi
18:06 08.08.2025
Həbsxanaya kartofun içərisində telefon keçirmək istədi
Putin bu ilin sonunda Hindistana səfər edəcək
17:52 08.08.2025
Putin bu ilin sonunda Hindistana səfər edəcək
ADNSU-nun üç əməkdaşı “Qlobal İqlim Dəyişikliyi Çağırışı 2025” müsabiqəsində münsif seçildi
17:38 08.08.2025
ADNSU-nun üç əməkdaşı “Qlobal İqlim Dəyişikliyi Çağırışı 2025” müsabiqəsində münsif seçildi
Ağ Ev: Azərbaycan və Ermənistan sülh razılaşması imzalayacaq
17:33 08.08.2025
Ağ Ev: Azərbaycan və Ermənistan sülh razılaşması imzalayacaq
"Vaşinqton görüşü nəticəsində Cənubi Qafqaz üçün yeni siyasi səhifə açıla bilər" - ŞƏRH
17:20 08.08.2025
"Vaşinqton görüşü nəticəsində Cənubi Qafqaz üçün yeni siyasi səhifə açıla bilər" - ŞƏRH
Yağış yağacaq, leysan olacaq, dolu düşəcək
17:07 08.08.2025
Yağış yağacaq, leysan olacaq, dolu düşəcək
Azərbaycan XİN: Gürcüstandakı münaqişənin ərazi bütövlüyü prinsipləri əsasında həllinin tərəfdarıyıq
17:05 08.08.2025
Azərbaycan XİN: Gürcüstandakı münaqişənin ərazi bütövlüyü prinsipləri əsasında həllinin tərəfdarıyıq