Azərbaycanın qərb bölgəsində (Gəncə, Gədəbəy, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Göygöl, Samux və Daşkəsən) qarlı-şaxtalı hava müşahidə olunur. Trend-in bölgə müxbirinin məlumatına görə, Gəncədə qarın qalınlığı 10-15 santimetr təşkil edir. Şəhərə təbii qazın və elektrik enerjisinin verilişində problem yoxdur. Gədəbəy, Daşkəsən, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Göygöl və Samux rayonlarına da güclü qar yağıb. Həmin rayonlarda qarın hündürlüyü 10-20 santimetr təşkil edir.