Azərbaycanın quru sərhədləri niyə açılmır? – 5 il öncəki qərarın sirri indi çözülür

Azərbaycanın quru sərhədləri niyə açılmır? – 5 il öncəki qərarın sirri indi çözülür
SOSİAL
09:54 17.06.2025
1030
Azərbaycanın iki əsas qonşusu İran və Rusiya bu gün real müharibələrin içərisindədir. Rusiya-Ukrayna müharibəsi davam etdiyi bir zamanda, İran–İsrail gərginliyi də artıq açıq toqquşma mərhələsinə keçib. Hər iki cəbhədə vəziyyət gündən-günə daha da gərginləşir.

Xüsusilə İran daxilində ciddi narahatlıq müşahidə olunur. İsrailin intensiv hücumları və İranın eyni şiddətdə cavab zərbələri vəziyyəti daha da qəlizləşdirir. Sosial panika, iqtisadi çöküş, ərzaq və enerji çatışmazlığı ehtimalı, hərbi çağırışdan yayınma halları, eləcə də etnik və dini azlıqların təşvişə düşməsi regionu kütləvi miqrasiya riski ilə üz-üzə qoyur.

Artıq yüzlərlə İran vətəndaşı Pakistan və Türkiyəyə üz tutmağa başlayıb. Pakistanla sərhəddə yaranan izdiham o qədər böyüyüb ki, rəsmi İslamabad sərhədlərini bağlamağa məcbur qalıb. Türkiyənin sərhəd bölgələrində də vəziyyət fərqli deyil. Belə bir kontekstdə İranın qonşusu olan Azərbaycan da bu problemin birbaşa hədəfinə çevrilə bilər.

Lakin rəsmi Bakı bu təhlükəni zamanında və düzgün şəkildə qiymətləndirərək özünü bu riskdən sığortalayıb. 2020-ci ildən bəri Azərbaycan quru sərhədlərini bağlı saxlayır. Əvvəlcə bu qərarın əsas səbəbi pandemiya idi. Lakin pandemiya dövrü artıq geridə qalsa da, sərhədlərin açılmaması, əslində, yeni bir təhlükəsizlik mərhələsinin başlanğıcına işarə edir. Reallıq ondan ibarətdir ki, sərhədlərin bağlı saxlanması artıq müvəqqəti addım yox, davamlı təhlükəsizlik prioritetidir.

Müharibələrin yaratdığı hibrid təhdidlər və miqrasiya riskinin artması göstərir ki, bu qərar ölkənin milli təhlükəsizliyi üçün strateji zərurətdir. Sərhədlərin açılması bu məqamda bir sıra ciddi problemləri aktuallaşdıra bilər. İranla sərhəddə baş verə biləcək mümkün miqrasiya dalğası Azərbaycanda humanitar, siyasi, təhlükəsizlik və sosial-iqtisadi sahələrdə əlavə gərginliklərə yol aça bilər. Minlərlə insanın birdən ölkəyə daxil olması müvəqqəti yaşayış, səhiyyə, ərzaq təminatı və təhlükəsizlik sistemlərini yükləyə, hətta iflic edə bilər. 44 günlük müharibənin ardından ölkədə bərpa prosesi və "Böyük Qayıdış” layihəsi hələ yekunlaşmayıb. Belə bir həssas dönəmdə yeni və kütləvi axın dövlətin mövcud resurslarını kritik şəkildə zorlayar.

Hazırda Azərbaycanın iqtisadi imkanları, sosial təminat sistemi və dövlətin planlaşdırma gücü ölkə əhalisinin real sayına və ehtiyaclarına uyğun tənzimlənib. Əhalinin qəfil və plansız şəkildə artması bu sistemi sarsıda bilər.

Digər tərəfdən, İran daxilindəki xaotik vəziyyətdən istifadə edən müəyyən dairələr, xüsusilə xüsusi xidmət orqanları, öz agentlərini mühacir görüntüsü altında Azərbaycana yerləşdirməyə cəhd göstərə bilər. SEPAH (İslam İnqilabı Keşikçiləri Korpusu) ilə əlaqəli şəxslərin ölkəyə daxil olaraq təxribat, casusluq və ideoloji təsir mexanizmləri qurmaq ehtimalı tamamilə realdır. Habelə Yaxın Şərqdə fəaliyyət göstərən silahlı şiə qrupları da mülki axınlar arasında gizlənərək sərhədi keçə bilərlər.

Bütün bu risklərə baxmayaraq, quru sərhədlərinin uzun müddətdir bağlı qalması bəzi daxili dairələr və xarici media tərəfindən "təcridçilik”, "avtoritarizm” və ya "soydaşlara arxa çevirmək” kimi təqdim edilir. Bu yanaşmalar mövcud geosiyasi təhlükəsizlik reallıqlarını nəzərə almayan səthi və emosional yanaşmalardır.

Burada əsas məsələ sərhədlərin açıq və ya bağlı olması deyil, onların nə zaman, necə, hansı təhlükəsizlik təminatları ilə açılacağıdır. Məsələn, Rusiya-Ukrayna müharibəsi zamanı yüzlərlə ukraynalı və rus qonşu ölkələrə axın etdi. Bu ölkələr arasında Gürcüstan ən çox təsirlənənlərdən biri oldu və hələ də bu axının sosial-siyasi nəticələrini aradan qaldırmağa çalışır.

Əgər quru sərhədlərin açılması ilə bağlı addımlar atılacaqdısa, bu, yalnız daha sabit bir mərhələdə mümkün olardı. Lakin İran–İsrail qarşıdurması artıq soyuq müharibə mərhələsini keçib və real hərbi toqquşmalara çevrilib. İran ərazisindən atılan raketlər, İsrailin cavab zərbələri, region ölkələrini bu münaqişəyə cəlb etmək cəhdləri göstərir ki, Cənubi Qafqazda təhlükəsizlik tampon zonaları yaratmaq bu gün hər zamankından daha zəruridir.

Təəssüf ki, ictimaiyyətin müəyyən hissəsində belə bir təəssürat formalaşıb ki, sərhədlər daim qapalı qalacaq. Halbuki Azərbaycan dövləti dəfələrlə bəyan edib ki, sərhədlər yalnız təhlükəsizlik zəmanətləri bərpa olunduqdan sonra açılacaq. Bu, məqsəd yox, vasitədir ölkənin suverenliyini, daxili sabitliyini və strateji mövqeyini qorumağa yönəlmiş müvəqqəti tədbirdir.

Onu da deyim ki, sərhədlərin bağlı qalması nə beynəlxalq hüquqa ziddir, nə də qeyri-insani addımdır. Əksinə, bu, xalqını qorumağa çalışan məsuliyyətli və uzaqgörən dövlətin qərarıdır. Qlobal miqyasda bir çox inkişaf etmiş ölkə, o cümlədən Avropa dövlətləri oxşar tədbirlərə əl atmaqdan çəkinmir. Azərbaycan isə bu riski daha əvvəl görüb və qabaqlayıcı addım atıb.

Nəticə olaraq, Azərbaycanın quru sərhədlərinin bağlı qalması təcridçilik deyil, idarəolunan təhlükəsizlik siyasətidir. Azərbaycan dünya ilə tam inteqrasiya olunmuş ölkədir. Bu qərar yalnız hibrid müharibələrin və qeyri-ənənəvi təhdidlərin artdığı bir dövrdə dövlətin öz suverenliyini və sabitliyini qorumaq üçün qəbul etdiyi zəruri tədbirdir.

Turan Rzayev
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
Sabah bu ərazilərdə işıq olmayacaq
22:46 10.03.2026
Sabah bu ərazilərdə işıq olmayacaq