Azərbaycanın Rus İcması bəyanat verdi

SİYASƏT
12:39 28.09.2020
544

Ermənistanın bütün cəbhə xətti boyunca növbəti təxribatı ilə əlaqədar Azərbaycanın Rus İcması bəyanat verib. 

AZXEBER.COM həmin bəyanatı təqdim edir:

"Sentyabrın 27-də səhər saat 06.00 radələrində Ermənistan silahlı qüvvələri irimiqyaslı təxribatlar həyata keçirərək Azərbaycan ordusunun cəbhə xətti boyunca yerləşən mövqelərini və cəbhəyanı zonada yerləşən yaşayış məntəqələrini iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutublar. Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan ordusunun cəbhə xətti boyunca mövqelərini, Tərtər rayonunun Qapanlı kəndini, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd kəndlərini, Füzuli rayonunun Alxanlı və Şükürbəyli kəndlərini, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini atəşə tutublar. İntensiv atəşlər nəticəsində dinc sakinlər arasında ölənlər və yaralananlar var. Mülki infrastruktur obyektlərinə də ciddi ziyan vurulub.

 

Ermənistan silahlı qüvvələrinin döyüş fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı bütün cəbhə boyunca əks-həmlə əməliyyatına başlamaq barədə qərar qəbul edib. Təsdiqlənmiş məlumata görə, Azərbaycanın Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Yuxarı Əbdurrəhmanlı və Kənd Horadiz, həmçinin Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri azad edilib.

Biz – Azərbaycanın etnik rus əhalisi Ermənistan rəhbərliyinin münaqişənin gərginləşməsinə və suveren Azərbaycan dövlətinin yeni ərazilərini ələ keçirmək cəhdinə yönələn təcavüzkar hərəkətlərini qətiyyətlə pisləyirik.

Ölkənin etnik rus vətəndaşları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cəbhə xəttində vəziyyətlə və bütövlükdə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ilə bağlı mövqeyini və fəaliyyətini tam dəstəkləyir. Biz ordumuzun, igid hərbi qulluqçularımızın nümayiş etdirdiyi dözüm və rəşadətə onlara təşəkkür edirik! Vəziyyətdən asılı olmayaraq, Azərbaycanın rus əhalisi 90-cı illərin əvvəllərində olduğu kimi daim Azərbaycan xalqı ilə, qardaşlarımızla çiyin-çiyinə dayanmağa və Azərbaycan sərhədlərinin möhkəmlənməsi hüququnu qoruyaraq Vətənimizi sonadək müdafiə etməyə hazırdır!

Azərbaycan, onun rəhbərliyi 25 ildən çoxdur ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini beynəlxalq birlik tərəfindən tanınan sərhədlər çərçivəsində suverenliyə və ərazi bütövlüyünə hörmət əsasında dinc yolla nizamlamağa çalışır.

Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, Ermənistan tərəfindən Azərbaycana qarşı davam edən hərbi təcavüz, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində mövcudluğu regionda sülhə və təhlükəsizliyə əsas təhdid mənbəyidir. Beynəlxalq təşkilatlara – BMT, ATƏT və onun Minsk qrupuna, Avropa ictimaiyyətinə, həmçinin bir sıra sülhməramlı təşkilatlara Ermənistan rəhbərliyini bütün danışıqlar prosesinin sabitliyini pozmaq üçün təkrarlanan cəhdlərə görə məsuliyyətə çağırmaq barədə müraciətlər edilib. Ermənistanın bu il iyul ayında Tovuz istiqamətində hərbi təxribatı növbəti dəfə sübut etdi ki, rəsmi Yerevan bütün beynəlxalq razılaşmalara zidd olaraq danışıqlar prosesini pozmağa çalışır və qeyri-qanuni şəkildə erməni işğalı altında olan Dağlıq Qarabağ və ona bitişik 7 rayondan uzaqda yerləşən rəsmi sərhəd istiqamətində hücuma keçərək məqsədli şəkildə münaqişə zonasını genişləndirir.

Əfsuslar olsun ki, Ermənistanın hərbi-siyasi rəhbərliyinə heç bir sərt çağırışlar olmadı və bu gün Ermənistanın növbəti təxribatı irimiqyaslı hərbi əməliyyatların başlanmasına, həm hərbçilərin, həm də dinc sakinlərin ölümünə gətirib çıxardı.

Ermənistanın cinayətkar rəhbərliyi tərəfindən başlanmış silahlı münaqişə müstəqil və suveren Azərbaycan Respublikasının ərazisində artıq 30 ildən çoxdur ki, davam edir. Özlərinin işğalçı hərəkətlərinə bəraət qazandırmaq və beynəlxalq strukturların gözlərinə kül üfürməklə Ermənistan Dağlıq Qarabağda heç kəs tərəfindən tanınmayan separatçı rejim yaradıb. Nəticədə, yüz minlərlə azərbaycanlı doğma torpaqlarından qovulub, Xocalı şəhərinin faciəsi baş verib, dinc sakinlər vəhşicəsinə qətlə yetirilib, Azərbaycanın milli sərvətləri və tarixi abidələri vəhşicəsinə məhv edilib.

Azərbaycanın rus icması beynəlxalq strukturları ikili standartlar siyasətindən əl çəkməyə və öz hərəkətləri ilə bütün regionun sabitliyini təhlükə altına qoya biləcək təcavüzkar ölkə olan Ermənistana lazımi təzyiq göstərməyə çağırır”.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:10 31.10.2020

ATƏT-in Minsk qrupundan XİN başçılarının görüşü ilə bağlı BƏYANAT

02:00 31.10.2020

Cenevrədə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü başa çatıb

00:09 31.10.2020

Tarix muzeyində öz vaxtını gözləyən Şuşa qalasının açarı - FOTO

00:03 31.10.2020

Müdafiə Nazirliyi: “Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur”

00:02 31.10.2020

Dilqəmlə Şahbazı Şuşa türməsindən çıxarıb yeraltı sığınacaqda yerləşdiriblər...

23:42 30.10.2020

Hikmət Hacıyev: “FranckMuller” saatlarının banisi Kəlbəcərdə qanunsuz qızıl axtarışı ilə məşğul olub"

23:28 30.10.2020

"Bir azərbaycanlı xanım olaraq Sənin üçün əlimdən gələni etməyə hazıram" - VİDEO

23:11 30.10.2020

Bakcell Bərdə sakinlərinə dəstək göstərib

22:56 30.10.2020

Düşmənin növbəti “Osa” ZRK-sı məhv edilib - VİDEO

22:39 30.10.2020

Baş prokuror Kamran Əliyev “Haber Global”da ermənilərin mülki əhalimizə qarşı cinayətlərindən danışıb - VİDEO

22:20 30.10.2020

Kamran Əliyev: “Ermənilərin bizim mülki əhaliyə hücumları Ordumuzun uğurları ilə əlaqədardır”

22:18 30.10.2020

İzmirdə zəlzələdə ölənlərin sayı 12-yə, yaralıların sayı 438-ə çatıb

21:54 30.10.2020

Hikmət Hacıyev: "Dualarımız qardaş Türkiyə ilə birlikdədir"

21:48 30.10.2020

Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb

21:36 30.10.2020

Baş Prokuror: “Azərbaycan hökuməti mülki şəxslər arasında itkilərin olmaması üçün əlindən gələni edir”

21:27 30.10.2020

Cəbrayıldan yeni - Fotolar