Azərbaycanın Rus İcması Orxan Zeynalovun şübhəli bilindiyi Rusiya vətəndaşı Yeqor Şerbakovun qətlindən məyusluq hissi keçirir və onun ailəsinə başsağlığı verir.
AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycanın Rus İcmasının rəhbəri, Milli Məclisin deputatıMixail ZabelinBiryulevo rayonunda baş vermiş insidentə həsr olunan mətbuat konfransında deyib.M.Zabelin təəssüf edib ki, hadisənin baş verdiyi Biryulevo rayon sakinlərinin emosional çıxışları təxribatçı qüvvələr tərəfindən millətlərarası münaqişəni süni şəkildə alovlandırmaq üçün hadisədə əli olmayan miqrantlara qarşı yönəldi.Onun sözlərinə görə, KİV-lərdə bu hadisələrlə bağlı yayımlanan məlumatlar və onların mümkün qatilinin milliyyəti üzərində dayanmaları vəziyyəti şişirtmək və ksenofobiya tendensiyalarını gücləndirmək məqsədi daşıyırdı:“Bu mənada Rusiya KİV-ləri ictimaiyyətdə qeyri-slavyanlara qarşı mənfi münasibət yaradılmasında yardımçı rolunu oynayırdı”.Rus icmasının rəhbəri Azərbaycan hökumətinin millətlərarası balanslaşdırılmış siyasətini yüksək qiymətləndirib:“Azərbaycan bizim mədəni, mənəvi dəyərlərin qorunmasında kömək edir. Bura bizim hamımızın doğma evidir. Təkə ruslar deyil, bütün millətlərə qarşı hər zaman Azərbaycanda isti münasibət olub heç bir ayrı-seçkiliyə yol verilməyib. Eyni zamanda Rusiya bizim tarixi vətənimizdir və onun nüfuzu bizim üçün vacib məsələdir. Rus icması ümid edir ki, Rusiya ictimaiyyəti, parlamenti və hökuməti millətlərarası sülhün pozulmaması üçün addımlar atacaq”.Bu hadisələrdən sonra Azərbaycanda Rusiya səfirliyi qarşısında keçirilən etiraz aksiyası və Qarabağ Azadlıq Təşkilatının ruslara qarşı yönələn çıxışlara toxunan M.Zabelin deyib ki, bu çıxışlar populist xarakter daşıyır:“Düşünmürəm ki, kimsə bu çıxışların dalınca getsin. Biz Azərbaycan xalqı ilə dostluq və əmin-amanlıq şəraitində yaşayırıq. Ona görə də bir neçə nəfərin mövqeyi bütün Azərbaycan xalqının mövqeyi kimi qiymətləndirilə bilməz. Bizə qarşı burada heç bir təzyiq yoxdur və ola da bilməz. Azərbaycan rəhbərliyi, xalqı buna yol verməz".O, rus icmasının həmin hadisələrlə bağlı qəbul etdiyi müraciətin RusiyaDövlət Dumasının MDB İşləri və Həmvətənlərlə Əlaqələr Komitəsinəgöndərildiyini vurğulayıb.Xatırladaq ki, Moskvanın Qərbi Biryulevo rayonunda oktyabrın 10-da 25 yaşlı Yeqor Şerbakovun qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub. Qatilin tapılmasını tələb edən yüzlərlə rus millətçi rayondakı “Biryeza” ticarət mərkəzi və “Pokrov” meyvə-tərəvəz bazasına hücum edərək, ticarət mərkəzində və bazarda çalışan Qafqaz və Orta Asiyadan olan miqrantları döyüblər. Hadisə yerinə xüsusi təyinatlı polis dəstələri yeridilib. İğtişaş nəticəsində xeyli sayda miqrant və yerli sakin xəsarət alıb.Hadisə baş verən gündən sonra Moskvada hərəsindən biri olmaqla Azərbaycan və Özbəkistan vətəndaşları xüsusi amansızlıqla qətlə yetiriliblər. Həmçinin Orxan Zeynalovun tutulması zamanı ona qarşı işgəncə faktlarının yer aldığı görüntülər yayılıb.