Azərbaycanın səfiri Qazaxıstanın latın əlifbasına keçidini alqışlayıb

Azərbaycanın səfiri Qazaxıstanın latın əlifbasına keçidini alqışlayıb
Bütün Xəbərlər
11:15 28.12.2012
1071

Bunu Azərbaycanın Qazaxıstandakı səfiri Zakir Həşimov bildirib. 

Onun sözlərinə görə, Azərbaycan MDB-dən latın qrafikalı əlifbaya keçid edən ilk ölkələrdən biridir: “Təbii ki, müəyyən mərhələdə hansısa çətinliklər oldu. Hazırda isə ölkənin bütün vətəndaşları latın qrafikası ilə sərbəst yazıb-oxuya bilir”. 

Səfir ümid etdiyini bildirib ki, Qazaxıstan bu keçidi daha sürətlə başa vuracaq: “Azərbaycan bu sahədəki təcrübəsini Qazaxıstanla bölüşə bilər”. 

Qeyd edək ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkənin müstəqilliyinin 21 illiyinə həsr olunmuş tədbirdə çıxışı zamanı 2025-ci ilədək Qazaxıstanda latın qrafikalı əlifbaya keçiləcəyini bəyan edib.

apa

OXŞAR XƏBƏRLƏR