Azərbaycanın seksual teleaparıcısı ikinci dəfə gəlinlik libası geyinib
ŞOU-BİZNES
12:52 14.12.2011
9122
Lider telekanalının "Qızıl pillə" verilişinin aparıcısı Zemfira Adıgözəlova (Zema) ikinci dəfə gəlinlik libası geyinib. Milli.Az xəbər portalının məlumatına görə, teleaparıcı elə öz çalışdığı telekanalın "Həyat tərzi" verilişinin qonağı olub.Lamiyə Ələkbərovanın aparıcı olduğu verilişə çəkilən Zema yeni gəlinlik növlərini nümayiş etdirirdi.Teleaparıcı stilist Nuranın köməkliyi ilə fərqli saç düzümündə idi. Zemada alışdığımız buruq saçlar bu dəfə olduqca fərqli idi.Kubar və gözəl görünən Zemfira sanki ikinci dəfə ərə getməyə hazırlaşırdı. Digər aparıcı Lamiyə isə həmkarının görünüşündən razı idi. "Nəhayət, Lamiyə Zemanın "Həyat tərzi"ni dəyişdi", - deyə Lamiyə zarafat da etdi.Yan-yana çəkilməkdən zövq alan xanım teleaparıcılar zarafatlarından da qalmırdılar. Zemanın gəlinlik donunu seyr edən Lamiyə toy ədət-ənənələrinə uyğun olaraq əlinə şam alıb, gəlinin yanında durdu. Onu da vurğulayaq ki, Zemanın geyindiyi gəlinliklərin modeli Gülya Vəkilovaya məxsusdur. Qeyd edək ki, yeni çəkilən veriliş dekabrın 25-i Lider TV-nin efirində yayımlanacaq.