Azərbaycanın sərbəst güləşçisi Avropa çempionu oldu

İDMAN
22:10 01.07.2023
228

Azərbaycanın sərbəst güləşçisi Ruslan Abdullayev İspaniyanın Santyaqo de Kompostela şəhərində keçirilən U-20 Avropa çempionatında qızıl medal qazanıb.

AZXEBER.COM xəbər verir ki, 57 kq-da çıxış edən idmançı finalda moldovalı Anton Vlasla qarşılaşıb. Rəqibinə 10:0 hesabı ilə qalib gələn idmançı qitə çempionu olub.

Qeyd edək ki, bu gün həmçinin 70 kq-da Cavidan Əhmədov, 79 kq-da Sadiq Mustafazadə və 97 kq-da Zəfər Əliyev bürünc medal uğrunda görüşə çıxacaqlar.

OXŞAR XƏBƏRLƏR