Temperatur kəskin düşüb.
Azərbaycanın şimal bölgəsində yaşayış məntəqəsinə ilk dəfə qar yağıb.
AZXEBER.COM-un məlumatına görə, bu barədə APA-ya Quba Regional Hidrometeorologiya Mərkəzindən məlumat verilib.
Qusar rayonu, Ləzə kəndi ərazisinə 1 sm qalınlığında qar düşüb. Quba rayonun Qırız və Qusar rayonunun Kuzun yaşayış məntəqələrinə isə sulu qar yağıb.
Regionda temperatur 5-8 dərəcə aşağı düşüb. Ən aşağı temperatur Quba rayonu, Xınalıq kəndi ərazisində qeydə alınıb. Burda temperatur mənfi 1,6 dərəcə olub.