Günümüzdə sosial şəbəkələrdə bir çox istiqamətlərdə layihələr keçirilməkdədir.
Bunlar arasında, bir sıra təşkilatların, özəl sektora məxsus şirkətlərin keçirdikləri layihələr mövcuddur. Amma bu günə qədər sosial şəbəkələrdə intellektual sahədə hər hansı bir yarışmanın keçirilməsinə şahid olmamışıq. Son günlərdə Facebook-da adı hallanan “Jevahir” adlı intellektual və mükafatlandırıcı oyun deyəsən artıq bu sindromu sındırıb. Gənclərin vaxtlarını həm dəyərli, həm də əyləncəli keçirmələri üçün bu tipli yarışmaların həyata keçirilməsi həqiqətən təqdirəlayiqdir. Bir qrup gəncin birgə hazırladığı bu layihə artıq bir həftədir başlamasına baxmayaraq, özünə müəyyən qədər iştirakçı kütləsi toplaya bilib. Yarışmanın əsas stimulverici tərəflərindən biri də qaliblərə təqdim olunan mükafatlardır.
Oyunun şərtləri haqqında qısaca məlumat versək, gün ərzində (saat 10:00 – 17:45 vaxt intervalında) hər bir iştirakçıya müxtəlif mövzulardan (tarix, coğrafiya, idman, tibb, ümumi dünyagörüşü və.s) 10 ədəd sual verilir. Suallar çətnlik səviyyəsi də bir-birindən fərlənirlər. Hər bir sualı cavablandırmaq üçün iştirakçılara 120 saniyə vaxt verilir və bir suala verilən qiymət 110 bal dəyərindədir. (100 bal suala verilən doğru cavaba görə, 10 bal isə daha tez verilən cavaba görə). Yarışmanın qalibləri günlük, həftəlik və aylıq seçilir. Qalib olmaq üçün iştirakçılar daha çox bal yığmalıdırlar. Yarışmanı maraqlı edən hədiyyələr bölməsi də olduqca rəngarəngdir. Qaliblərə müxtəlif hədiyyələr təqdim olunur. “Jevahir” rəhbərliyi ayın qalibinə daha böyük mükafat verməyi planlaşdırır. Belə ki, iyun ayının qalibinə “BiletX Travel” şikəti tərəfindən təqdim olunan “İstanbula pulsuz səyahət paketi” və “NANO Electronics” şirkətinin təqdim etdiyi dizüstü kompüter veriləcək. “Jevahir” rəhbərliyinin açıqladığına görə, ilin qalibinə avtomobil verilməsi planlaşdırılır.
Ötən həftənin şənbə günü yarışmanın ilk həftəsinin qaliblərinin mükafatlandırılması baş tutdu. Günün qaliblərinə müxtəlif hədiyyələr (“Şahzadə”, “Elif”, “Başkənt” restoranlarından hədiyyə kuponları, “Himalaya Herbals”-dan hədiyyə paketi və.s) təqdim olunub. Həftənin qalibinə isə “NANO Electronics”-dən NOKIA Lumia 520 mobil telefon təqdim olunub. Görüşdə qaliblərlə “Jevahir” rəhbərliyi arasında səmimi söhbət baş tutdu, iştirakçiların təklifləri dinlənildi və bu təkliflərin yaxın günlərdə dəyərləndiriləcəyi də vurğulandı.
“Jevahir” rəhbərliyi təqdim etdikləri layihənin ölkə miqyasında ilk olduğunu və buna görə də bu layihənin böyük uğurlar qazanacağını, əsas məqsədlərinin Azərbaycan gəncliyinə xidmət etmək olduğunu dəfələrlə vurğuladılar. Bununla yanaşı, hər kəsi bu oyunda iştirak etməyə və dəyərli hədiyyələr qazanmaq imkanı əldə etməyə dəvət edirlər.
Rəsmi sayt: jevahir.com Facebook səhifə : facebook.com/jevahir Oyuna keçid: apps.facebook.com/jevahir