Azərbaycanın sürüşmə sahələrində monitorinq aparılacaq

Azərbaycanın sürüşmə sahələrində monitorinq aparılacaq
Bütün Xəbərlər
10:11 13.06.2013
964

Bu gündən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyası Azərbaycanın şimal zonasındakı sürüşmə sahələrində monitorinqlərə başlayır.

Bu barədə APA-ya məlumat verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəisi Bəxtiyar Qaralov deyib ki, monitorinqlər iyunun 16-dək davam edəcək. Bu müddət ərzində monitorinqlər şimal zonasının Xızı, Quba və Qusar rayonlarını əhatə edəcək. Monitorinqin nəticələri gələn həftə açıqlanacaq.

Qeyd edək ki, bundan öncə Böyük Qafqazın cənub-şərq yamacındakı, o cümlədən Azərbaycanın cənub bölgəsindəki sürüşmə sahələrində monitorinqlər aparılıb. Monitorinqlərin nəticələrinə əsasən, sürüşmə sahələrində ciddi aktivləşmə yoxdur, vəziyyət stabildir.

OXŞAR XƏBƏRLƏR