Azərbaycanın tanınmış diktoru vəfat edib

Azərbaycanın tanınmış diktoru vəfat edib
Bütün Xəbərlər
11:12 24.09.2015
2394
O nəfəs çatışmazlığından əziyyət çəkirdi.
Azərbaycanın tanınmış diktoru Davud Əhmədov bu gecə vəfat edib.
AZXEBER.COM xəbər verir ki, bu barədə APA-ya mərhumun oğlu Vəliəhd Əhmədov məlumat verib. Onun sözlərinə görə, 74 yaşlı diktor nəfəs çatışmazlığından əziyyət çəkib.
Mərhum bu gün saat 18.00-da Bakının Biləcəri qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn olunacaq.
Qeyd edək ki, 1941-ci ildə Lənkəranda anadan olan Davud Əhmədov uzun illər Azərbaycan Dövlət Televiziyasında xəbərlər proqramının aparıcısı olub.
OXŞAR XƏBƏRLƏR